Türkiyə valiləri terrorla mübarizə tədbirlərini müzakirə edəcəklər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Ankara, 11 avqust, AZƏRTAC
Türkiyənin 81 vilayətinin qubernatorları Ankarada terrorizm probleminin aradan qaldırılmasına yönəlmiş addımları müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, iclas avqustun 12-də Türkiyə Daxili İşlər Nazirliyinin binasında keçiriləcək. İclasda nazir Mustafa Çiftçi və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş iştirak edəcəklər.
Qarşıdakı iclasın gündəliyinə “Terrorizmsiz Türkiyə” təşəbbüsü çərçivəsində ötən gün qəbul edilmiş “Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” Qanundan irəli gələn qərarların və tədbirlərin yerlərdə həyata keçirilməsi ilə bağlı məsələlər daxil edilib.
Müzakirələrdə iştirak edənlərin bir qismi, o cümlədən Türkiyənin bütün bölgələrindən polis və jandarm idarələrinin rəhbərləri iclasa videokonfrans formatında qoşulacaqlar.
Bundan əlavə, yerli vəzifəli şəxslərin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qarşılaşa biləcəkləri potensial problemlər müzakirə olunacaq.
Dezinformasiya axınlarının və prosesi sabotaj etməyə çalışan qrupların təxribatlarının qarşısının alınması ilə bağlı tapşırıqlar veriləcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 11 Avqust 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















