Icma.az
close
up
RU
Türkiyə və Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin varlığı istiqamətində həmrəylik nümayiş etdirəcək

Türkiyə və Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin varlığı istiqamətində həmrəylik nümayiş etdirəcək

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı münasibətlər Türkiyə-Azərbaycan münasibətlərinə paraleldir. 1991-ci ilə qədər heç bir münasibət qura bilmədilər. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyə ilə münasibətləri yaxşılaşdı. 1992-ci ildə ulu öndər Heydər Əliyev parlamentin sədri olarkən Naxçıvan Muxtar Respublikası Şimali Kipr Türk Cümhuriyyətini tanıdı. Bu, o dövrün şərtləri daxilində böyük liderlik və uzaqgörənlik addımı idi.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kerem Karabulut Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Heydər Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı siyasəti 2003-cü ildə hakimiyyətə gələn cənab İlham Əliyev tərəfindən davam etdirildi və Türkiyənin siyasətinə uyğun olaraq 2004-cü ilin Annan planı dəstəkləndi.

Kərəm Qarabulud

“2005-ci ildə Şimali Kipr Türk Cümhuriyyəti pasportlarının tanınacağı açıqlandı və Şimali Kipr Türk Cümhuriyyətinin 20 iyul Sülh və Azadlıq Gününə nümayəndə göndərildi. Elə həmin il Bakıdan Ercan Hava Limanına birbaşa uçuş həyata keçirildi, Türkiyə xaricində ilk dəfə bir ölkə bunu etdi. 2023-cü ilin oktyabrında Ersin Tatarın Bakıda rəsmi dövlət protokolu ilə qarşılanması və cənab İlham Əliyevin “Şimali Kipr Türk Cümhuriyyəti bayrağı Azərbaycanda həmişə dalğalanacaq” deməsi iki ölkə arasında sıx münasibətdən və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyindən xəbər verir. 2023-cü ildə Bakıda “Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət və Tanıtım Günləri” tədbiri keçirilib.

Cənab İlham Əliyev 6 iyul 2024-cü il tarixində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının sammitinə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatarı dəvət etdi və protokol qaydalarını tətbiq etdi. Bu, Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində mühüm addımdır. Nəhayət, Azərbaycan TDT-nin üzvü olan 4 ölkənin Cənubi Kiprdə səfirlik açmaq qərarına düşməyərək Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti ilə qardaşlığını və dostluğunu bir daha nümayiş etdirdi.

Qarabağ zəfəri zamanı Türkiyə və Azərbaycan qədər Şimali Kipr Türk Cümhuriyyəti də Azərbaycana dəstək oldu. Bütün bu hadisələr və Şuşa Bəyannaməsi onu göstərir ki, Türkiyə və Azərbaycan gələcək vəziyyətlərdə bir yerdə olacaq və həmrəylik nümayiş etdirəcək. Şimali Kipr Türk Cümhuriyyəti də eyni istiqamətdə yaxın olacaq”-deyə Kərəm Qarabulud qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri