Icma.az
close
up
RU
Türkiyə və Azərbaycanın iş adamlarının Bakıda iclası keçirilib

Türkiyə və Azərbaycanın iş adamlarının Bakıda iclası keçirilib

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) 6-cı dönəm seçkili ümumi yığıncağı keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca ümummilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və hər iki qardaş ölkənin bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə TÜİB-in ötən dövr ərzindəki fəaliyyətinə dair təqdimat nümayiş olunub.

Təqdimatda birliyin gördüyü işlər, həyata keçirilən layihələr və gələcək hədəflər barədə ətraflı məlumat verilib.

TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat iki qardaş ölkə arasındakı iqtisadi əməkdaşlığın gücləndirilməsində birliyin rolunu vurğulayıb və yeni dönəmdə daha böyük məqsədlərlə yola davam ediləcəyini bildirib. Həmçinin TÜİB-in yalnız iqtisadi və ticarət sahəsində deyil, sosial-mədəni sahədə həyata keçirdiyi layihələrlə də iki ölkə arasındakı qardaşlıq münasibətlərinin inkişafında öncül rol oynamaq missiyasını davam etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iki ölkə arasında bütün münasibətlərin üst səviyyədə olmasının sevindirici hal olduğunu bildirib:

"Azərbaycan və Türkiyə arasında iki yüzdən çox sənəd imzalanıb. Hesab edirik ki, ticarət dövriyyəmizi artırmaq üçün hər iki ölkə sərbəst ticarət sazişi imzalamalıdır və biz hazırda bu məsələnin üzərində işləyirik".

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Laçın Beynəlxalq Hava Limanının açılmasını qeyd edərək, Azərbaycan, Türkiyə və Pakistanın qardaşlığını, bütün məsələlərdə həmrəy olduqlarını vurğulayıb.

Türkiyə ticarət nazirinin müavini Mahmut Gürcan isə çıxışında iki qardaş ölkənin əlaqələrindən danışaraq, TUİB-in dünya miqyasında böyüməsi üçün əllərindən gələni etdiklərini deyib.

İki qardaş ölkənin iş adamları arasında belə tədbirlərin keçirilməsinin vacibliyindən danışan Mahmut Gürcan: "Bizim strategiyamız iqtisadiyyatımızın böyüməsini və güclənməsini hədəfləyir", - deyərək Qarabağda tikinti işlərində Türkiyə şirkətlərinin aktiv rol oynadığını bildirib.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov TÜİB-in fəaliyyətini yüksək qiymətləndirib. O, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bu kimi birliklərin əhəmiyyətini vurğulayıb.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

Daha çox foto burada: PhotoStock.az

Elçin Aslangil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri