Türkiyə və İran qaz tədarükünə dair sazişin müddətini uzadıblar
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin BOTAŞ və İranın “National Iranian Gas Company” (NIGC) şirkətləri İran qazının Türkiyəyə tədarükü ilə bağlı sazişin müddətini 2032-ci ilədək uzatmaq barədə razılığa gəliblər.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, dövlət şirkətləri iyul ayında müddəti başa çatan müqaviləni 2032-ci ilədək uzadıblar. Bununla belə, illik 10 milyard kubmetr təşkil edən əvvəlki tədarük həcminin saxlanılıb-saxlanılmadığı məlum deyil.
Mənbələr tərəflərin sazişin rəsmi sənədini hələ dərc etmədiklərini əlavə ediblər. Qeyd edilir ki, boru kəmərləri vasitəsilə qaz tədarükü Tehran üçün mühüm gəlir mənbəyidir. Bu, xüsusilə ABŞ ilə münaqişə fonunda İran neftinin ixracının əhəmiyyətli dərəcədə azalması şəraitində mühüm əhəmiyyət daşıyır.
ABŞ və İran arasında iyun ayında əldə olunmuş anlaşma memorandumunun qüvvədən düşməsindən sonra, iyulun 14-də ABŞ hərbçiləri İran limanlarına qarşı dəniz blokadasını bərpa ediblər.
Bu həftə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref bildirib ki, İran hakimiyyəti ölkənin cənubu ilə əlaqəli olmayan nəqliyyat marşrutlarından getdikcə daha fəal istifadə edir və ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası səmərəsizdir.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 27 Noyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















