Bəhreyn və Küveyt hava məkanının bağlanma müddətini uzadıblar
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Bəhreyn və Küveytin hava məkanı artıq 18-ci gündür ardıcıl olaraq bağlı qalır.
Milli.Az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin aviadaşınma dispetçer xidmətlərindəki mənbə məlumat verib.
"Məlumata görə, fevralın 28-də günün birinci yarısında tətbiq edilən Bəhreyn və Küveyt hava məkanının bağlanması rejimi yenidən 12 saat uzadılıb və ümumdünya vaxtı ilə saat 16:00-dək (Bakı vaxtı ilə 20:00-dək) qüvvədə olacaq", - deyə agentliyin həmsöhbəti bildirib.
O izah edib ki, Küveytdən fərqli olaraq, Bəhreyn səmasında Manama hava limanından qonşu Səudiyyə Ərəbistanı istiqamətində ən qısa hava dəhlizi üzrə xüsusi icazə ilə bəzi uçuşlara icazə verilir.
Bəhreyn və Küveyt üzərində hava məkanı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra bağlanıb. Hazırda İran və İraq üzərində də səma bağlıdır, Qətər günün yalnız bir neçə saatında uçuşlara icazə verir, BƏƏ və Suriya hava məkanı qismən açıqdır, İsraildə isə uçuşlar vaxtaşırı dayandırılır.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 Mart 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















