Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Türkiyə və İsraillə bağlı ÖNƏMLİ ADDIM Bakı görün nə edəcək

Türkiyə və İsraillə bağlı ÖNƏMLİ ADDIM Bakı görün nə edəcək

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada müxalif qüvvələrin hakimiyyəti ələ almasından sonra ölkənin gələcəyi hələ ki qeyri-müəyyən olaraq qalır. Sözsüz ki, bu prosesdə qardaş Türkiyə əsas rolu oynayacaq. Həmçinin İsrail və ABŞ-ın hansı mövqe tutacağı, xüsusən də PKK və onun uzantılarına münasibətdə sərgiləyəcəyi yanaşma heç də az önəm kəsb etmir. Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, İsrail Suriyadakı hadisələrlə bağlı özü üçün ən pis ssenari müəyyənləşdirib. “İsrail mümkün olan ən pis ssenarini müəyyən edib və bir sıra tədbirlər hazırlayıb. İsrail Əsəd rejiminin imkanlarından xəbərdar idi. İsrail yeni strategiyanı yeni administrasiyanın mövqeyindən əmin olmadığı üçün hazırlayıb. Bu, çox təhlükəli strategiyadır. Biz onlara siqnal göndərmişik: bombardmanı dayandırın”, - deyə Fidan Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının İsrail qırıcılarının Suriyada PKK terror təşkilatına dəstək olacağı halda vurmaq əmri aldığı bildirilir. Bu barədə “RİA Novosti” məlumat yayıb. Mənbələrdən biri Rusiya agentliyinə bildirib ki, Türkiyə istənilən şəraitdə İsrail Hərbi Hava Qüvvələri və ya digər qurumların PKK/YPG terrorçularını dəstəkləməsinə icazə verməyəcək: “Belə hal baş verərsə, Türkiyənin hava hücumundan müdafiə sistemləri və qırıcıları onları məhv etməyə hazırdır”.

Məlumatda deyilir ki, müvafiq əmrlər artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına verilib. Hələlik Ankaradan bu barədə rəsmi açıqlama yoxdur. “Yeni Müsavat” qeyd edir ki, Suriyada hakimiyyət dəyişikliyindən cəmi bir neçə gün sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çox qısa fasilə ilə İsrail və Türkiyəyə səfərlər edib. İsrailin prezidenti və XİN rəhbəri, habelə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla görüşüb. Rəsmi məlumatlara görə, görüşlər zamanı Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Bu səfərlərin rəsmi Bakının iki strateji müttəfiq və dost ölkə arasında Suriyada üz-üzə gəlməsini önləmək planı ilə bağlılığı olduğu deyilir. Bəs Bakının İsrail və Türkiyə arasında “bufer” rolu oynamaq, onların Suriya məsələsində ortaq məxrəcə gəlməsinə yardımçı olmaq imkanların necədir? 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Bu təmasların olması, Hikmət Hacıyevin səfərləri göstərir ki, Azərbaycan Yaxın Şərqdə gedən proseslərdə öz müsbət rolunu oynamaqda, qardaş və dost ölkələr arasında yaranmış gərginliyi azaltmaq niyyətindədir. Daha əvvəl də Azərbaycan Türkiyə -İsrail, Türkiyə-Rusiya gərginliklərinin aradan qalxmasında mühüm vasitəçi olub. 

“Yeni Müsavat”a bu siyasi gedişatı şərh edən politoloq Azad Məsiyevin sözlərinə görə, Azərbaycanın həm Türkiyə, həm İsraillə əlaqələri ən yüksək səviyyədədir: “Vətən müharibəsində hər iki ölkə bizə siyasi-mənəvi dəstəyi əsirgəmədi. Bu gün də müttəfiqlik münasibətləri yüksəlişdədir. Biz hər iki tərəflə siyasi-iqtisadi, hərbi və digər sahələr üzrə əlaqələrimizi inkişaf etdiririk. Təbii ki, Azərbaycana qardaş və dost olan ölkələr arasında konfliktin yaranmasında maraqlı ola bilmərik. Bu, Azərbaycanın da əlinin zəifləməsinə səbəb ola bilər. Eyni zamanda Azərbaycan həmişə barış siyasətinə əhəmiyyət verir. Ona görə də bu kommunikasiyanın yaradılması vacibdir”. Ekspertin fikrincə, Suriya Yaxın Şərqdə ən ağır ocaqlardan biridir, orada regional və qlobal güclərin maraqları toqquşmaqdadır: “Suriyada PKK kimi terror qrupları fəaliyyətdədir ki, Türkiyə üçün təhdid sayılır. İsrailin də Suriya ilə bağı bir münaqişəsi var. Ona görə də Azərbaycan Türkiyə və İsrail arasında gərginliyin azalması üçün yardım əlini uzadır. Çünki region dövlətlərinin Suriyada maraqlarının toqquşması stabilliyin daha da pozulmasına səbəb ola bilər”. 

Siyasi şərhçi Aqşin Kərimova görə, regional və beynəlxalq dinamikanın Yaxın Şərqin nəbzi ilə tutuşdurulması fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, liderlərin Cənubi Qafqaz regionu ilə Yaxın Şərqi eyni portfel daxilində müzakirə etməsi iki ölkənin strateji müttəfiqliyindəki planların yeni etapa keçidini nümayiş etdirir: “Azərbaycan və Türkiyə prezidentlərinin müzakirələri bundan sonra baş verə biləcək hadisələrdə rəsmi Ankaranın böyük payının olacağı müstəvisində diqqətəlayiqdir. Proseslər həm də Suriyada əsas oyunçu hesab edilən Rusiya, İran və ABŞ-ın strateji maraqları prizmasına da baxmağı tələb edir”. 

Analitikin fikrincə, Əliyevin Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirməsi, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd etməsinin işığında liderlərin Cənubi Qafqazı müzakirə etməsi həmin fikri gücləndirir: “Bu, Cənubi Qafqazda çıxan fərqli səslərə rəğmən Bakı-Ankara dostluğunun təhlükəsizlik öhdəliklərindəki prioritetlərini daha da qiymətli edir. Suriyada Türkiyə və İsraildən başqa, digər oyunçuların üzləşdiyi problemlər onların Cənubi Qafqazdakı maraqları ilə mütənasiblik təşkil etdiyindən prosesə Ermənistan kadrları ilə də baxmaq lazımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Dekabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri