Icma.az
close
up
RU
Türkiyə XİN rəhbəri Moskvadakı səfəri barədə Kiyevdə hesabat verdi

Türkiyə XİN rəhbəri Moskvadakı səfəri barədə Kiyevdə hesabat verdi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin dayandırılması perspektivləri barədə Moskvada "eşitdiklərini və gördüklərini” Kiyevdə açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN-ın müxbiri yazıb.

Hakan Fidan bu fikirləri Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa ilə Kiyevdə keçirilmiş birgə mətbuat konfransında səsləndirib.

Ukrayna XİN rəhbərinin sözlərinə görə, tərəflər sülh prosesi, atəşin tamamilə dayandırılması və əsirlərin azad olunması məsələlərini müzakirə ediblər:

"Bu səylərə göstərilən dəstəyə görə minnətdarıq və Ankaranın gələcəkdə də bu istiqamətdə dəstəyinə ümid edirik. Hakan bəy birbaşa Moskvadan gəlib və orada eşitdikləri və gördükləri barədə mənə ətraflı məlumat verdi. Biz Ukraynaya sülhü yaxınlaşdıracaq bütün addımları müzakirə etdik”, – deyə Sıbiqa bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə qeyd edib ki, ölkəsi Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti danışıqlar raundunu qəbul etməyə hazırdır.

Fidan danışıqlar üçün yeni bir görüşün keçirilməsinin real olduğunu bildirib. O təsdiqləyib ki, Moskvadakı səfərdən sonra Kiyevə gəlib və "müşahidə və qiymətləndirmələrini bölüşüb”.

Nazir əlavə edib ki, İstanbulda artıq danışıqlar baş tutub və o zaman hər kəs qarşısında iki yolun olduğunu qeyd edib: ya müharibə davam edəcək, ya da bu ilin sonunadək daimi sülh əldə olunacaq.

"Türkiyə olaraq yeganə yolun dərhal sülhə və atəşkəsə nail olmaq olduğunu düşünürük”, – deyə Fidan vurğulayıb.

Onun fikrincə, atəşkəsə və müharibənin bitməsinə dair gözləntilər artıb və əsir mübadiləsinin "minə min” formatında həyata keçirilməsi danışıqların konkret nəticələrə gətirib çıxara biləcəyini göstərir.

"16 mayda keçirilmiş danışıqlar sülh prosesinə yeni təkan verdi. Atəşkəsə və müharibənin başa çatmasına dair gözləntilər artıb”, – deyə Fidan bildirib.

O həmçinin təsdiqləyib ki, Türkiyə Ukraynanın suverenliyini tam şəkildə dəstəkləyir.

Sıbiqanın sözlərinə görə, o və Fidan Qara dəniz regionunun təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetiriblər:

"Ukrayna və Türkiyənin ortaq mövqeyi var — Qara dəniz sülh, azad ticarət və dənizçilik azadlığı məkanı olmalıdır”, – deyə Sıbiqa bildirib.

O vurğulayıb ki, Ukrayna Türkiyənin Qara dənizdə, xüsusilə mina təhlükəsizliyi və digər mühüm tədbirlər sahəsində sabitliyi təmin etmə səylərinə verdiyi dəstəyə görə minnətdardır.

"Türkiyənin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini, xüsusilə Krımın geri qaytarılmasını qeyd-şərtsiz dəstəkləməsini və Krım tatar xalqının hüquqlarını müdafiə etməsini yüksək qiymətləndiririk. Bilirik ki, Türkiyənin maraqlarına sülh və Ukraynanın Qara dəniz regionunda güclü və dost ölkə kimi möhkəmlənməsi uyğundur”, – deyə Sıbiqa əlavə edib.

Xatırladaq ki, bir neçə gün öncə Moskvaya səfər etmiş Hakan Fidan Rusiyanın danışıqlar prosesində elastiklik göstərmək istəməməsinin onu beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ-ın gözündə "zəif mövqeyə” sala biləcəyini bildirmişdi.

Mayın 28-də Ukraynanın müdafiə naziri və danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Rustəm Umerov Rusiya prezidentinin köməkçisi Vladimir Medinskiyə atəşkəsə nail olunması üzrə addımlarla bağlı Ukraynanın mövqeyini əks etdirən sənədi təqdim edib. O, Moskvadan cavab memorandumunun 2 iyundan tez olmayaraq keçiriləcək görüşə qədər verilməsini gözləyir.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri