Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibi bəlli oldu
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı rəqibi bəlli olub.
Qaynarinfo xəbər verir ki, "ay-ulduzlular" A/B Liqası pley-offunda Macarıstanla üz-üzə gələcək.
Bundan əlavə, Ukrayna Belçika ilə, Avstriya Serbiya ilə, Yunanıstan isə Şotlandiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Qalib komandalar növbəti mövsüm A Liqasında, məğlublar isə B Liqasında mübarizə aparacaqlar.
Qeyd edək ki, Türkiyə millisi ilk matçını martın 20-də evdə, cavab görüşünü isə 3 gün sonra səfərdə keçirəcək. Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv B Liqasının 4-cü qrupunda 11 xalla ikinci olmuşdu.

Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibi bəlli oldu
22 Noyabr 2024 15:52
Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibi bəlli olub
22 Noyabr 2024 15:45
Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibi müəyyənləşdi
22 Noyabr 2024 16:17
Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibi bəlli olub AzPolitika onlayn siyasiictimai qəzet
22 Noyabr 2024 15:52

