Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin bir sıra bölgələrində güclü yağış və küləklə bağlı "sarı" xəbərdarlıq elan edilib.
Milli.Az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.
Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozuna əsasən, bu gün ölkənin bir çox bölgəsində leysan və göy gurultulu yağış yağacağı gözlənilir.
Yağıntıların Mərmərə bölgəsində Ədirnə istisna olmaqla, Şərqi Aralıq dənizində, Mərkəzi Anadolunun şərqində, Orta və Şərqi Qara dəniz bölgələrində, həmçinin Şərqi və Cənub-Şərqi Anadoluda müşahidə olunacağı bildirilir.
Bundan başqa, Muğla və Karaman ətrafında, İzmirin şimal rayonlarında, Antalyanın qərb və şərq hissələrində, eləcə də Tokatın şərqində yağış yağacağı proqnozlaşdırılır.
İstanbul, Adana, Osmaniyə, Sinop, Ərzincan, Tunceli və Elazığ ətrafında yağıntıların daha güclü olacağı gözlənilir. Həmçinin Kırklareli, Tekirdağ və Çanaqqalanın şərqində, Kocaelinin qərbində, Balıkəsir və Malatyanın şimalında, Hatayın qərbində, Kastamonunun şimalında, Rizenin şərqində və Artvinin şimalında güclü yağış ehtimalı var.
Küləyin Qara dənizin qərb hissəsi, Mərmərə və Şimali Egey sahillərində şimal istiqamətində 50-70 km/saat, Şərqi Anadolunun cənub-şərqində isə cənub istiqamətində 40-60 km/saat sürətlə əsəcəyi bildirilir.
Güclü hava şəraiti ilə əlaqədar Adana, Balıkəsir, Çanaqqala, Hatay, İstanbul, Kastamonu, Kırklareli, Kocaeli, Sinop, Tekirdağ və Osmaniyə üçün "sarı" kodlu xəbərdarlıq verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 02 Oktyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















