Türkiyədə 290 kq narkotik ƏLƏ KEÇİRİLDİ
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə "Beynəlxalq Narkotik Qaçaqmalçılığı ilə Mübarizə" çərçivəsində əməliyyat həyata keçirilib və 220,7 kq kokain, 69 kq skunk narkotik maddəsi aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında məlumat yayıb.
Qadağan olunmuş maddələr Ədirnə Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən Hamzabeyli gömrük ərazisində bir yük maşınında aparılan axtarış zamanı aşkar edilib.
Şübhəli şəxslər barəsində hüquqi prosedur başladılıb.
"Xalqımızın bilməsini istəyirəm ki, biz narkotiklərə qarşı müharibə elan etdik! Narkotik insanlığa qarşı cinayətdir. Bu müharibəni təkcə ölkəmiz üçün deyil, bəşəriyyət naminə davam etdiririk" , - Yerlikaya bildirib.
Baxış sayı:116
Bu xəbər 18 Yanvar 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















