Icma.az
close
up
RU
Türkiyədə arıqlamaq üçün bitki çayları içən gənc komaya düşüb: Qaraciyəri sıradan çıxıb

Türkiyədə arıqlamaq üçün bitki çayları içən gənc komaya düşüb: Qaraciyəri sıradan çıxıb

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Aksaray şəhərində arıqlamaq üçün tez-tez bitki çayları içən Büşra adlı 24 yaşlı qadın qaraciyər çatışmazlığından komaya düşüb. Qadın qaraciyər nəqli sayəsində həyata qayıda bilib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, gündəlik bəzən dörd stəkana qədər bitki çayı içən gənc qadın eyni müddət ərzində ağrıkəsici dərmanlardan da istifadə etdiyi zaman bədənində müxtəlif simptomlar ortaya çıxmağa başlayıb. Büşranın əllərində qırmızı ləkələr əmələ gəlib, oynaq ağrıları artıb, huşsuzluq kimi narahatlıqlar ortaya çıxıb.

Aksarayda edilən ilkin müdaxilədən sonra vəziyyəti pisləşən qadın qaraciyər koması ilkin diaqnozu ilə Antalya Təhsil və Araşdırma Xəstəxanası Orqan Nəqli Mərkəzinə göndərilib. Burada onun qaraciyər fermentlərinin çox yüksək olmadığı, lakin sarılıq göstəricilərinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib. Canlı donor tapılmadığı üçün Büşra təcili orqan gözləmə siyahısına salınıb. Təxminən 24 saat ərzində uyğun donor tapılıb və qaraciyər transplantasiyası həyata keçirilib. Əməliyyatdan sonra reanimasiyada müalicə alan Büşranın qaraciyər funksiyaları normallaşıb. O, əməliyyatın üçüncü həftəsində evə buraxılıb.

"Yaşıl çay ilə cökə çayından istifadə edirdim. Xəstələnəndə cökə çayı içirdim, şişkinlik hiss edəndə yaşıl çaya üstünlük verirdim. Arıqlamaq üçün paket çaylardan istifadə edirdim. Bəzən bir stəkan, bəzən isə gündə dörd dəfə içirdim. Adətən hazır, marketdən aldığım çaylara üstünlük verirdim. İnsanlar hələ də bu məhsullardan istifadə edir. Mən çox pis nəticə ilə üzləşdim, artıq heç kimə tövsiyə etmirəm. Həkim məsləhəti olmadan qəti şəkildə istifadə edilməməlidir", - deyə Büşra bildirib.

Türkiyəli həkim, professor Arif Aslaner bu hadisədən mühüm dərs çıxarılmasının vacibliyini vurğulayıb.

"Xəstə bir az artıq çəkisi olduğu üçün və ya sosial mediada izlədiyi diyetoloqların məsləhəti ilə müxtəlif bitki çayları və əlavələrdən istifadə edib. Zərərsiz görünən bu məhsullar qaraciyərinə ciddi ziyan vurub. Bu cür məhsullardan istifadə etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Sosial mediada yayılan bitki çayları və arıqlamaq üçün olan məhsullar ciddi sağlamlıq problemlərinə yol aça bilir. Bu məhsullardan istifadə etməzdən əvvəl insanlar iki dəfə düşünməlidirlər", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri