Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər Deputatdan MESAJ
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Türkiyə-Azərbaycan qardaşlığına, eləcə də Türkiyə və Azərbaycan prezidentləri arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirmək istəyən hər bir şəxs ortaq milli iradənin nəticəsi ilə üzləşəcək. Belə də oldu".
Bu fikirləri Redaktor.az-a Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən çıxarılmasından danışan deputat Hikmət Babaoğlu bildirdi.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri sadəcə tarixdən gələn dostluq və qardaşlıq əlaqələri deyil:
"Bu münasibətlər həm də ciddi sınaqlardan keçərək bu günə qədər gəlib çatan, iki ölkənin milli maraqlarına əsaslanan strateji ittifaqdır. Ona görə də həm Türkiyədə, həm də Azərbaycanda hər kəs dərk edir ki, tarixin hazırkı, son dərəcə məsuliyyətli mərhələsində Türkiyə və Azərbaycanın səhv etməyə mənəvi haqqı yoxdur. Çünki bu iki ölkə böyük bir regionda ortaq türk xalqlarının gələcək missiyasını, beynəlxalq münasibətlər sistemindəki gələcək yerini və rolunu müəyyənləşdirir.
Mən də düşünürəm ki, Oktay Saralın vəzifəsindən getməsi sadəcə bir məmurun işdən ayrılması kimi qiymətləndirilməməlidir. Onun yol verdiyi səhvləri təkrarlayan jurnalistlərdən partiya funksionerlərinə, sosial şəbəkə fəallarından bloqerlərə qədər Azərbaycan əleyhinə çıxış edən hər kəs üçün bu, mənəvi cəza olmalıdır. Oktay Saralın tutduğu vəzifə və həmin vəzifədən getməsi başqalarının da nəticə çıxarması üçün bir nümunəyə çevrildi".
Millət vəkili nəzərə çatdırdı ki, artıq hər kəs Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidir:
"Türkiyə-Azərbaycan münasibətləri nə qədər strateji və əhəmiyyətlidir ki, bir ölkə prezidentinin baş müşaviri olmasına baxmayaraq, belə bir şəxs vəzifəsindən getməli oldu. Mənə elə gəlir ki, burada söhbət yalnız Oktay Saraldan getmir. Onun vəzifəsindən ayrılmasını Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyənlərə verilən cavab kimi qiymətləndirmək lazımdır. Buna görə də Türkiyə-Azərbaycan qardaşlığını ən yüksək strateji səviyyədə qorumağa çalışan hər iki ölkənin prezidentlərinin fəaliyyətini də yüksək qiymətləndirməliyik".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 26 Oktyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















