Türkiyədə bu telekanala 10 günlük yayım qadağası tətbiq olundu FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə törədilən kütləvi iğtişaşları işıqlandıran "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib.
Milli.Az report-a istinadən xəbər verir ki, tənzimləyici orqan telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.
Eyni zamanda "Halk TV" və "Tele 1" telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub, inzibati cərimələr tətbiq edilib. "NOW TV "və "Ak ll" telekanallarına da cərimələr kəsilib.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, sonradan iğtişaşlara çevrilən aksiyalarda 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Mart 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















