İstanbulda Fənərbağça zəfəri: Super Kubok sarı lacivərdlilər in oldu
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Türkiyə Super Kubokunun final matçında "Qalatasaray"ı iki cavabsız qolla məğlub edən "Fənərbağça" mövsümün ilk titulunu qazanıb.
Fanat.Az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutan möhtəşəm final qarşılaşması Domeniko Tedeskonun yetirmələrinin tam üstünlüyü ilə yekunlaşıb. Matçın 28-ci dəqiqəsində Matteo Qenduzi uzaq məsafədən vurduğu möhtəşəm qolla hesabı açıb. İkinci hissəyə də sürətli başlayan "Fənərbağça" 48-ci dəqiqədə Ceyden Ostervoldenin qolu ilə fərqi ikiyə çıxararaq qələbəsini rəsmiləşdirib.
"Qalatasaray" matçın son dəqiqələrində təzyiqi artırsa da, "sarı-lacivərdlilər"in müdafiə səddini yara bilməyib. Beləliklə, "Fənərbağça" əzəli rəqibini 2:0 hesabı ilə üstələyərək Türkiyə Super Kubokunun qalibi adını qazanıb.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 10 Yanvar 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















