Icma.az
close
up
RU
Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı niyə artır?

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı niyə artır?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq bir neçə ildir Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayında artım müşahidə olunur. Əvvəllər Azərbaycan vətəndaşları bu istiqamətdə daha çox Rusiya və Gürcüstana meyl göstərirdisə, indi Türkiyədə ev almaq istəyən vətəndaşlarımızın sayı daha çoxdur. Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda altıncı yerdə qərarlaşıb. Yaşamaq və işləmək üçün Azərbaycandan Türkiyəyə gedənlərin də sayı ilbəil artır. 

Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları bu ölkədə 203 mənzil alıblar. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 34 mənzil və ya 20.1 faiz çoxdur. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar. Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında altıncı yerdə qərarlaşıblar. Bu ilin may ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 75 mənzil alıblar.

Əmlak məsələləri üzrə ekspert Vüqar Oruc deyir ki, daşınmaz əmlaka investisiya yatırmaq səmərəli sayıldığından Azərbaycan vətəndaşları istər ölkə daxilində, istərsə də xaricdə bu sahəyə sərmayə qoymaqda maraqlıdırlar: "Vətəndaşlar öz vəsaitlərini banklarda depozit şəklində də saxlaya bilərlər. Amma bu, mənfəət əldə etmək baxımından səmərəli deyil. Məsələn, vətəndaş vəsaitini depozit formasında hansısa banka yerləşdirərsə, il ərzində maksimum 8-10 faiz gəlir əldə edə bilər. Daşınmaz əmlak isə sürətlə bahalaşdığından il ərzində təqribən 15-20 faiz mənfəət qazanmaq olur. Bu əmlak torpaq sahəsi olduqda gəlir hətta 50 faizə qədər arta bilər. Buna görə də azərbaycanlı investorlar Türkiyədə daşınmaz əmlaka investisiya yatırırlar".

Əmlak eksperti Ramil Osmanlı bildirib ki, artım tendensiyası son 3 ildir davam edir. Ekspert bunun səbəblərindən birini Türkiyədə təhsil alanların sayının artması ilə əlaqələndirir. Yəni kirayə qiymətləri baha olduğundan insanlar ev almağa üstünlük verirlər: "Vətəndaşlarımız daha çox İstanbulun mərkəzi yerlərindən mənzil almaqda maraqlıdılar. Halbuki həmin ərazilərdə qiymətlər daha yuxarıdır".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Türkiyədə yaşayan vətəndaşlarımız kirayədə yaşamaq istəmədikləri üçün orada mənzil sahibi olmaq istəyirlər: "Xarici ölkələrdən daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yatırım etdikləri ölkələrlə mütləq müəyyən əlaqələri olur. Türkiyədə yetəri qədər soydaşlarımız yaşayır. Bəzisi orada işləyir, bəzisi təhsil alır. Lakin Türkiyədə yaşasalar da, Azərbaycan vətəndaşı hesab olunurlar. Türkiyədə yaşayan insanların arasında Naxçıvan Muxtar Respublikasının sakinləri çoxluq təşkil edirlər. İnsanlar Türkiyədə müəyyən bir müddət kirayə yaşayırlar, sonra isə mənzil sahibi olurlar. Bu da statistik rəqəmlərə təsir edir".

Elnur Fərzəliyev bildirib ki, vətəndaşlarımızın Türkiyə əmlak bazarına maraq göstərməsinin digər bir səbəbi də yatırım məqsədidir: "Türkiyədə qiymət artımı daha sürətlidir. Vətəndaşlarımız da orada mənzil alaraq, kirayə verirlər. Kirayələrdən kifayət qədər qazanc əldə edə bilirlər. Həmçinin Türkiyədə turizm sektoru xeyli inkişaf edib. Ora müxtəlif ölkələrdən ilin fərqli fəsillərində turistlər axın edir. Turistlərə mənzili kirayə vermək onlara daha sərfəlidir. Yəni azərbaycanlıların Türkiyədən mənzil almasının əsas səbəblərindən başlıcası yatırım məqsədli atılan addımlardır".

Ekspert Azərbaycan vətəndaşlarının Türkiyədə əmlak alarkən hansı ərazilərə üstünlük verildiyinə də toxundu: "İstanbulda əmlakların qiyməti xeyli yüksəkdir. Təkcə azərbaycanlılar deyil, digər ölkə vətəndaşları da Türkiyədən mənzil alarkən, əsasən turistik zonalara üstünlük verirlər. Alanya, Antalya kimi ərazilərdə tikintilər daha sürətlə gedir. Məsələn, Alanyaya ilin bütün fəsillərində xeyli turist axını olur. Həm yaşayış, həm də kirayə üçün əlverişli olan bu tip ərazilərə yatırımlar daha çox edilir".

Ekspertin dediyinə görə, Bakı və digər böyük şəhərlərimizdə türk tikinti şirkətlərinin nümayəndəlikləri mövcuddur. Həmin şöbələr də oraya müştərilərin axın etməsinə səbəb olurlar: "İnsanların Türkiyəyə axın etməsinin bir səbəbi də vətəndaşlıq hüququ əldə etmək planıdır. Türkiyədə vətəndaşlıq almaq üçün 400 min dollardan baha qiymətə olan əmlak almalısan. Bu rəqəm əvvəlki dövrlərdə 250 min dollar idi. Qiymətin yüksəldilməsinin də səbəbi insanların Türkiyəyə axın etməsidir. Dünyada baş verən bir sıra proseslər çərçivəsində Türkiyə vətəndaşı olmaq istəyən insanların sayı artdı. Qardaş ölkə də bu vəziyyətdən öz iqtisadiyyatına töhfə qazandırır. Daşınmaz əmlak yeganə sahədir ki, xarici ölkələrdən investisiya cəlbinə səbəb olur. Türkiyəyə böyük pullar qazandırır".

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan vətəndaşlarının daha çox Türkiyədən mənzil almasının bir neçə səbəbi var: "Birincisi odur ki, Azərbaycanda daşınmaz əmlak kifayət qədər yüksək qiymətə satılır. Ölkəmizdə satılan evin puluna Türkiyənin İstanbul şəhəri olmasa da, Bursa və İzmir kimi şəhərlərindən iki ev almaq mümkündür. Əlbəttə, vətəndaşlarımızın Türkiyəni seçmə səbəblərindən biri də qiymət məsələsidir. İkinci səbəb isə odur ki, manatın devalvasiyalarından sonra Azərbaycan vətəndaşları öz yığdıqları vəsaiti qorumağı düşünürlər. Çünki ölkəmizin bank sistemində müəyyən problemlər yaşanır. Bir neçə bank bağlanır və bəzi banklar depozitləri geri qaytarmaqda çətinlik çəkir. Bu, rəsmi şəkildə də etiraf olunur. Hətta dünən Əmanətlərin Sığortalanması Fondu açıqlama verdi ki, bağlanan bankların əmanətləri qaytarmaq imkanı yoxdur".

Ekspert vurğulayıb ki, ölkədə daşınmaz əmlakın baha olması vətəndaşlarımızın Türkiyə bazarlarını seçməsinə səbəb olub: "Türkiyə bazarı spesifik bazardı və dünyada az saylı bazarlardandır ki, qoyulan əmanətlərin qiyməti hər il aşağısı 4-5 faiz qalxır. Yəni ora qoyulan yatırım dəyər itirmir, qazanır. Buna görə də, Azərbaycan vətəndaşları Türkiyəni seçməsinə maraqlı oldular və yatırımlarını ora etdilər. Bu, gələcəyə qoyulmuş yatırımdır. Bəziləri aldıqları evləri sonradan kirayə verərək bundan qazanc əldə edirlər. Əlbəttə, bu da Türkiyə bazarının canlanmasına səbəb olur. Həmyerlilərimiz bu bazarda çox aktivdirlər".

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, əmlak eksperti Elnur Azadovun sözlərinə əsasən, 2012-ci ildə Türkiyə qanunlarına edilmiş dəyişikliyə əsasən, əcnəbilərə ölkə ərazisində daşınmaz əmlak almağa icazə verilib. Bu qərardan sonra Türkiyədən ev almaq istəyən azərbaycanlıların sayında kifayət qədər artım müşahidə olunub: "Bu artımın başlıca səbəbi dil baryerinin olmamasıdır. Digər səbəb isə investisiya yatırımı ilə bağlıdır. Xüsusən də Azərbaycanda imkanı yaxşı olan insanlar invesitiya baxımından Türkiyədən daşınmaz əmlak almağa üstünlük verirlər. Çünki Türkiyədə investisiya yatırımı ilə bağlı proses çox yaxşı təşkil olunub. Belə ki, daşınmaz əmlakı satan təşkilatlar həmin əmlakın idarə olunması ilə də məşğuldurlar. Bu isə Türkiyədən ev almağa marağı artırır".

Elnur Azadov qeyd edib ki, üçüncü vacib səbəb isə tədris ilə bağlıdır: "Bu gün övladı qonşu Türkiyədə təhsil alan vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. İmkanı yaxşı olan ailələr övladların orada kirayədə qalmaması üçün daşınmaz əmlak almağa üstünlük verirlər".

Ekspert qeyd edib ki, sırf yay aylarında istirahət etmək üçün Türkiyədən ev alan soydaşlarımızın da sayı az deyil: "Ümumilikdə hər il Türkiyədən ev alan azərbaycanlıların sayı artır. Məsələn, vətəndaşlarımız həm istirahət etmək, həm də təhsil almaq üçün daha çox Türkiyəyə gedir. Bunun üçün onlara yaşayış yeri lazımdır və hər dəfə xərc çəkib kirayəyə ev tutmaqdansa, oteldə qalmaqdansa, birdəfəlik əmlak almağa üstünlük verirlər. Yatırımda digər səbəb risklərin bölüşdürülməsi ola bilər. Yəni insanlar bütün vəsaiti Azərbaycana qoymaqla müəyyən risklə qarşılaşa bilər, buna görə də həmin riski bir növ paylayırlar".

İqtisadçı-ekspert Rəşad Həsənovun söylədiyinə görə, Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər real dəyərdən xeyli yüksəkdir, odur ki, ölkə vətəndaşları yerli bazara investisiya qoymaqdansa, xarici bazara üz tutmağı daha məqsədəuyğun hesab edirlər. Son 20 ildə Azərbaycan daşınmaz əmlak bazarında süni, reallığa uyğun gəlməyən qiymətlər formalaşdı, insanların əmlaka əlçatanlığı azaldı. Paralel olaraq Türkiyə və Gürcüstanda daşınmaz əmlak əldə etmək üçün qanunvericilik sadələşdirildi və istər-istəməz azərbaycanlılar bu iki ölkəyə meyilləndilər, onlara investisiya qoydular: "Qeyd edim ki, Azərbaycanda daşınmaz əmlakın gəlirliliyi qonşu ölkələrlə müqayisədə aşağıdır. Yəni Türkiyə və Gürcüstanda əmlak alanlar onun pulunu kirayə (icarə) yolu ilə daha tez çıxarır".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri