Türkiyədə əməliyyat: 101 nəfər saxlanıldı, 37 si axtarışa verildi
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə cəmiyyətdə “Bayqaralar” adı ilə tanınan silahlı cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.
Əməliyyat ölkənin 13 vilayətini əhatə edib. İstintaq çərçivəsində ümumilikdə 138 şübhəli müəyyənləşdirilib. Onların arasında qanunsuz fəaliyyətə cəlb edilmiş 12 yetkinlik yaşına çatmayan şəxs də var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 135 ünvanda axtarış və saxlanma tədbirləri həyata keçiriblər. Əməliyyat nəticəsində 101 nəfər saxlanılıb, daha 37 nəfər barəsində axtarış elan edilib. İstintaqın məlumatına görə, axtarışda olanlardan 23-ü xarici ölkələrdə gizlənir.
İş üzrə araşdırmanı Adana Baş Prokurorluğu aparır.
İstintaq materiallarına əsasən, qruplaşmanın üzvləri silah gücünə sahibkarlara hədə-qorxu gələrək onlardan pul tələb ediblər. Tələbləri yerinə yetirməyən sahibkarların müəssisələrinə isə silahlı hücumlar təşkil edilib.
Bundan başqa, istintaq orqanları qruplaşma üzvlərinin bir sıra ağır cinayətlərdə iştirakından şübhələnir. Bunlara qəsdən adam öldürmə, sağlamlığa zərər vurma, quldurluq, silah tətbiq etməklə hədə-qorxu gəlmə və qanunsuz azadlıqdan məhrumetmə daxildir.
Hüquq-mühafizə orqanlarının müəyyənləşdirdiyinə görə, qruplaşma ölkə hüdudlarından kənarda olan rəhbərliyin göstərişləri əsasında fəaliyyət göstərib.
Axtarışda olan digər 37 nəfərin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















