Türkiyədə həmin reklam yayından qaldırıldı Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyaca məşhur “Bosch” firmasının Türkiyədəki nümayəndəliyinin “Analar Günü” reklamı yayından qaldırılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Bosch Türkiye” tərəfindən “Analar Günü” münasibətilə hazırlanan “Tam bi anne hikayesi” adlı reklam filmi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) reklamla bağlı araşdırmaya başladığını açıqlayıb.
Eyni zamanda, Ailə və Sosial Xidmətlər Nazirliyi də məsələni məhkəməyə daşıyacağını bildirib.
Nazir Mahinur Özdemir Göktaş sosial media hesabında paylaşdığı açıqlamada reklama etiraz edərək bildirib:
“Analıq reklam dilinə endirilərək dəyərsizləşdiriləcək bir anlayış deyil”.
Gələn reaksiyalardan sonra reklam çarxını silən “Bosch Türkiyə” isə hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, şirkətin 10 may “Analar Günü” ərəfəsində hazırladığı reklam filmində analıq anlayışı daha geniş şəkildə təqdim olunaraq ev heyvanı sahibliyi üzərindən izah edilib.
Bu yanaşma isə ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 May 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















