Türkiyədə kişi arvadının qətlini maşın qəzası kimi qələmə verdi: 6 yaşlı oğlu cinayəti üzə çıxardı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Türkiyənin Aydın şəhərində 6 yaşlı uşaq atasının cinayətinin üstünü açıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, dekabrın 21-i axşam saatlarında Aydın-İzmir magistral yolunun Selatin tuneli yaxınlığında avtomobil qəzası baş verib.
34 yaşlı Rıdvan Buçan adlı kişinin idarə etdiyi maşın baryerlərə çırpılıb. Qəza zamanı onun arvadı, 28 yaşlı Derya Buçan həyatını itirib. Rıdvan Buçan və 6 yaşlı oğulları isə yaralı olaraq xəstəxanaya çatdırılıb və müalicədən sonra evə buraxılıblar.
Lakin araşdırma nəticəsində Derya Buçanın qəza nəticəsində deyil, əri tərəfindən qətlə yetirilərək öldüyü məlum olub. Həqiqət cütlüyün 6 yaşlı oğlunun pedaqoqun müşayiəti ilə verdiyi ifadədən sonra üzə çıxıb.
Uşağın sözlərinə görə, hadisədən bir müddət əvvəl avtomobillə hərəkətdə olarkən anası ilə atası arasında mübahisə düşüb. Uşaq silah səsi eşidib, lakin bu barədə dedikdə, atası səsin çöldən gəldiyini bildirib. Daha sonra isə qəza baş verib.
Uşağın ifadəsindən sonra Rıdvan Buçan nəzarət altına alınıb və dindirilmə zamanı qətli etiraf edib. O bildirib ki, avtomobili idarə edərkən arvadını başından tapança ilə vuraraq öldürüb, daha sonra hadisəni qəza kimi göstərmək üçün avtomobili baryerə çırpıb.
Otopsiya nəticəsində Derya Buçanın başına dəyən güllə nəticəsində öldüyü müəyyən edilib.
Rıdvan Buçan məhkəmənin qərarı ilə həbs edilib və həbsxanaya göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Fevral 2025 04:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















