Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir: Yusuf Güney dindirilmək üçün çağrıldı
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və şou-biznes dünyasını dərindən sarsıdan istintaq çərçivəsində bütün diqqətlər məşhur müğənni Yusuf Güneyə yönəlib.
Bu barədə Moderator.az "Sabah" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, sənətçi İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində tibbi müayinədən keçirilib.
Bir həftədir telefonuna zəng çatmayan və harada olduğu böyük suallar doğuran Yusuf Güneyin bu gün (dekabrın 22-də - red.) məhkəmə binasına gəlməsi və prokuror qarşısına çıxması gözlənilir.
Sənətçinin vəkilindən əldə edilən ən son məlumatına görə, Güney günortadan sonra şübhəli qismində ifadə vermək üçün məhkəmə binasında olacaq.
Xatırladaq ki, Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib. Bir çox məşhur barəsində saxlanılma qərarı verilib və evlərində axtarış aparılıb. Barəsində saxlanılma qərarı verilən Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında olmayıblar.
Həmçinin Türkiyədə tanınmış şəxslərdən olan və hazırda ölkə xaricində olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barələrində də saxlanılma qərarı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 22 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















