Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İstanbul şəhərinin Bakırköy Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan istintaq çərçivəsində saxlanılan və həbs edilən bəzi şəxslərdən götürülmüş bioloji nümunələr üzərində aparılan toksikoloji analizlərin nəticələri açıqlanıb.
Moderator.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Müğənni İlyas Yalçıntaşdan götürülmüş bioloji nümunələr üzərində aparılan müayinələr zamanı test nəticəsi müsbət çıxıb. Yalçıntaşın qan, sidik və saç nümunələrində THC (tetrahidrokannabinol - marixuananın təsiredici maddəsi) aşkar edilib.
İstintaq çərçivəsində həbsdə saxlanılan sosial media fenomeni Ayşenur Balcının da toksikoloji müayinə nəticələri bəlli olub. Balcının sidik və saç nümunələrində kokain aşkarlanıb.
Saxlanılan sosial media fenomeni Asude Mercanın məhkəmə-tibbi ekspertiza nəticələrinə əsasən, onun qan, sidik və saç nümunələrində də kokain təsbit edilib.
Qeyd edək ki, Bakırköy Prokurorluğunun narkotik maddələrlə mübarizə istiqamətində apardığı araşdırmalar zamanı müğənni, aktyor və iş adamlarının narkotik və stimullaşdırıcı vasitələrdən istifadə etdikləri, habelə narkotik maddələrin istifadəsini asanlaşdırdıqları və bunun üçün yer təmin etdikləri barədə sübutlar əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 27 İyul 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















