Azərbaycan ilə Türkmənistan arasında mədəniyyət sahəsində əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 13-dən ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir.
Bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Oktyabrın 13-də Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda Türkmənistanın Mədəniyyət Günləri münasibətilə təbriklərini çatdırıb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türkmənistanın Mədəniyyət Günləri oktyabrın 15-dək davam edəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Oktyabr 2025 04:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















