Icma.az
close
up
RU
Türkiyədə Öcalanla görüşə hazırlıq gedir

Türkiyədə Öcalanla görüşə hazırlıq gedir

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK terror təşkilatının silahı yerə qoyması ilə bağlı silahlı qruplaşmanın lideri Abdullah Öcalana çağırışları davam edir.

Turkustan.az xəbər verir ki, Dövlət Bağçalı sərt reaksiyalara baxmayaraq, mövqeyindən geri çəkilməsə də, nəhayət Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) üzvlərini ən qısa zamanda İmralı adasında həbsdə olan Abdullah Öcalanla görüşməyə çağırıb.

“İmralıda Abdullah Öcalan ilə DEM Partiya arasında təmasların gecikmədən keçirilməsini gözləyirik və çağırışımızı qətiyyətlə təkrar edirik”, - deyə Dövlət Bağçalı MHP-nin qrup toplantısında bildirib.

MHP sədrinin çağırışına Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan da dəstək verib.

Daxili və xarici siyasi məsələlərdə Dövlət Bağçalı ilə tam həmfikir olduqlarını ifadə edən Ərdoğan “Cənab Bağçalı təmsil etdiyi missiyaya uyğun olaraq həqiqətən də cəsarətli və oyunu dəyişdirən bir təklif irəli sürüb”, - fikrini söyləyib.

Lakin Dövlət Bağçalının çağırışından sonra Qəndil dağındakı PKK-çıların və DEM Partiyanın yaydığı açıqlamalara diqqət çəkən Ərdoğan bildirib ki, bu düşüncə tərzinin dəyişməsi lazımdır.

“Qarşımızdakı mənzərə çox ümidli olmağa imkan vermir”, - Prezident belə deyib.

Baş verənlərin ardınca “DEM Partiyası ilə Öcalanın görüşü nə vaxt baş tutacaq” sualı gündəmə gəlib.

“Türkiyə” qəzeti mövzu ilə bağlı diqqətçəkən xəbər dərc edib.

Qeyd edilir ki, Prezident Ərdoğan baş verənlərin təkrarlanmaması üçün yeni prosesin ehtiyatla və diqqətlə həyata keçirilməsinə göstəriş verib.

DEM Partiyasının Öcalanla görüşmək üçün Ədliyyə Nazirliyinə etdiyi müraciətin qısa müddət ərzində təsdiqlənəcəyi dəqiqləşib.

Əldə edilən məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilat -MİT) ilkin hazırlıq işləri görəcək.

Bu hazırlıqlar tamamlandıqdan sonra DEM Partiyasının nümayəndə heyətinin İmralıya getməsinə icazə veriləcək.

Ədalət və İnkişaf Partiyasındakı mənbələrin açıqlamasına görə, əgər Öcalan DEM Partiya üzvlərinə “Təşkilatla əlaqələrini kəsin və təşkilatı dağıdın” deyərsə, İmralı səfərləri davam edəcək. /cebheinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri