Icma.az
close
up
RU
Türkiyədə Pasxa tətili: inanc və tarix

Türkiyədə Pasxa tətili: inanc və tarix

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Baharın ən gözəl günlərinə təsadüf edən Pasxa bayramı qısa, lakin yaddaqalan səyahət üçün ideal fürsət yaradır. Bu dövrdə Türkiyə həm canlanan təbiəti, həm də zəngin dini və mədəni irsi ilə fərqli istiqamətlərdən biri kimi diqqət çəkir.
Əsrlər boyu müxtəlif sivilizasiyaların izlərini qoruyub saxlayan bu torpaqlarda formalaşmış xristian ziyarət marşrutları Pasxa günlərini tarixi və mənəvi atmosferdə keçirmək istəyənlər üçün xüsusi imkan yaradır. Erkən xristianlıq tarixində mühüm rol oynamış Bursa vilayətinin İznik şəhəri bu marşrutların əsas dayanacaqlarından biridir. Tarixdə iki mühüm ümumxristian kilsə məclisinin keçirildiyi şəhər xristian dünyası üçün böyük əhəmiyyət daşıyır və məhz burada Pasxa bayramının qeyd olunma tarixi müəyyənləşdirilib.
Modern.az-ın məlumatına görə, “Cittaslow” (yavaş şəhər) statusuna malik İznik UNESCO-nun Dünya İrsi üzrə Namizədlər Siyahısına daxil edilib. İstanbuldan cəmi bir günlük məsafədə yerləşən şəhər xüsusilə bahar aylarında çiçəklərlə bəzənən mənzərəsi ilə seçilir. Ziyarətçilər burada qədim şəhər divarları boyunca gəzə, Roma teatrını və Ayasofya məscidini ziyarət edə bilərlər. Şəhər həmçinin arxeoloji tapıntıları, İznik gölü ətrafındakı təbiət mənzərələri və əsrlər boyu davam edən çini sənəti ənənəsi ilə də tanınır.

Pasxa dövründə Türkiyənin bibliya irsi ilə tanış olmaq istəyənlər üçün marşrut ölkənin qərb bölgələrinə – Vəhy Kitabında adı çəkilən Yeddi Kilsənin yerləşdiyi ərazilərə doğru uzanır. Müasir İzmir, Manisa və Dənizli vilayətlərində yerləşən Efes, Smyrna, Perqamon, Tiyatira, Sardis, Filadelfiya və Laodikeya kilsələrinin qalıqları xristian tarixinin mühüm mərhələlərini əks etdirir. Egey sahilləri ilə yaşıl təbiət mənzərələri arasında yerləşən bu tarixi ərazilər xüsusilə bahar aylarında daha cəlbedici görünür.
UNESCO Dünya İrsi siyahısına daxil edilmiş Efes qədim şəhərini ziyarət edənlər yaxınlıqda yerləşən Müqəddəs Məryəmin Evi kimi tanınan ziyarətgahı da görə və burada keçirilən Pasxa mərasimlərində iştirak edə bilərlər.
Kapadokya isə həm təbiət möcüzələri, həm də erkən xristianlıq tarixinin maraqlı izləri ilə seçilir. Roma dövründə təqiblərdən qaçan xristian icmalarının bölgədəki yeraltı şəhərlərdə sığınacaq tapdığı bildirilir. Kaymaklı və Derinkuyu yeraltı şəhərləri, eləcə də Göreme Açıq Səma Muzeyində yerləşən Tokalı və Qaranlıq kilsələr bu dövrün diqqətəlayiq nümunələridir.

Kapadokya həm də qədim şərabçılıq ənənəsi və yerli mətbəxi ilə tanınır. Avanos qəsəbəsində təşkil olunan ustad dərslərində iştirak edərək bölgənin məşhur dulusçuluq sənəti ilə yaxından tanış olmaq mümkündür.
Pasxa günlərində mənəvi məzmunlu səyahət üçün digər istiqamətlərdən biri Türkiyənin cənubundakı Anadolu bölgəsidir. Xristianlığın mühüm həvarilərindən sayılan Müqəddəs Pavl həyatının böyük hissəsini bu torpaqlarda keçirib. Onun missioner səfərlərinin izlərini izləyən Müqəddəs Pavl yolu (St Paul Trail) qədim şəhərləri və möhtəşəm təbiət mənzərələrini birləşdirən məşhur marşrutdur.
Səyahət zamanı Antalya vilayətinin Demre şəhərində yerləşən və Santa Klaus kimi tanınan Müqəddəs Nikolaya həsr olunmuş tarixi kilsəni də ziyarət etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri