Türkiyədə PKK probleminin həlli AKP yə növbəti seçkilərdə uğur qazandıra bilər
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"PKK terror təşkilatı öz silahlı dəstələrini Türkiyə ərazisindən çıxardığını bəyan etdi. Terror təşkilatının liderləri bundan sonra, heç bir perspektivin olmadığını, geosiyasi reallıqların Türkiyənin lehinə dəyişdiyinin fərqində oldular".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, terror təşkilatına dəstək verən xarici mərkəzlərin regionda apardığı siyasət PKK vasitəsilə nəticəsiz oldu:
"PKK-nın ayaqda qalmasında Türkiyədə bəzi siyasətçilər də maraqlı olub. Türkiyə prezidenti R. T. Ərdoğan PKK-ya dəstək verən daxili mərkəzləri neytrallaşdırdı. Suriyanın şimal şərqində kürd silahlıları mövcudluğunu qoruyub saxlayır. Onların da PKK ilə bağları istisna deyil. Bu qrupların da sıradan çıxarılması gözlənilir".
Politoloq qeyd edib ki, Türkiyədə PKK probleminin həlli AKP-yə növbəti seçkilərdə uğur qazandıra bilər".
Süleyman
Bu mövzuda digər xəbərlər:Türkiyədə 10 PKK üzvü saxlanıldı
11 Fevral 2025 09:48
Türkiyədə 19 PKK üzvü saxlanıldı
26 Fevral 2025 16:02
Türkiyədə terrorun sonu PKK LƏĞV EDİLDİ
12 May 2025 10:13
PKK ləğv oldu Türkiyədə terror sonlanacaqmı?
12 May 2025 13:33
Türkiyədə meşə yanğınlarının arxasında PKK durur?
04 İyul 2025 21:18
Baxış sayı:18
Bu xəbər 27 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















