Icma.az
close
up
RU
Türkiyədə prezident seçkiləri keçiriləcək?

Türkiyədə prezident seçkiləri keçiriləcək?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə “banan respublikası” deyil, bu ölkədə hakimiyyətə küçədən gəlmək olmaz.

Sfera.az xəbər verir ki, bunu REAL partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Türkiyədə siyasi institutlar işləkdir, siyasi partiyalar güclüdür, media azadlığı var, cəmiyyət diridir, siyasiləşmiş vətəndaşlar, ideoloji qruplar var:

"Müxalifətin indiki durumda ən çox israr etdiyi məsələ erkən seçkilər ola bilər, AKP isə erkən seçkilərə yaxın 2 ildə getmək istəmir, buna dirənəcək. Türkiyədə hakimiyyət ancaq “sandıqla” dəyişə bilər, belə də olacaq. İndi söhbət ondan gedir ki, əgər yaxın 2 ildə seçki olmayacaqsa, İmamoğlunun reytinqini indiki kimi yüksək saxlamaq mümkün olacaqmı, yoxsa AKP-nin sübutlarla, bəzən isə uydurmalarla onu etibarsızlaşdıra biləcəkmi. AKP ona görə indi hərəkətə keçdi ki, seçkiyə bir neçə ay qalmış əsas namizədə qarşı atılan addımlar onu birbaşa hakimiyyətə daşımaq olardı, amma indi, təxminən, 2 illəri var ki, həm İmamoğlunun reytiniqi sala, həm də müxalifət daxilində oyunlar qura bilsinlər. 

Bir şeyi də unutmayaq ki istənilən ölkədə, hətta ən demokratik ölkələrdə belə, iqtidarların həmişə ciddi üstünlükləri olur, bu üstünlükləri anlamaq üçün isə zaman lazımdır. Əgər AKP bu zaman kəsimində, məsələn, “kürd məsələsini”, terroru bitirə bilsə, ciddi üstünlük qazanacaq, iqtisadiyyatda düzəlmə yaşansa, dəstək əldə edəcək. Yeri gəlmişkən, indiki durumda ən obyektiv indikatorlardan biri iqtisadiyyat olacaq – bu gün artıq birja az da olsa, yüksəlir, dollar sabitləşib, əgər səhm və valyuta bazarında sabitliyi yarada bilsələr, bu da AKP üçün üstünlük yaradan faktora çevrilə bilər".

N.Cəfərli qeyd edib ki, əgər müxalifət düzgün davrana bilsə, daxildən xainliklərlə üzləşməsə, parçalanmalar olmasa, 2 ildə reytinqi yüksək saxlamaq və növbəti seçkilərdə qalib gəlmək olar. 

Ekspert sonda vurğulayıb ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibətləri dəyişməyəcək:

"Əminəm ki, hər iki ölkədə hakimiyyətdə kimin və ya kimlərin olmasından asılı olmayaraq, müttəfiqliyimiz, ittifaqımız davam edəcək, hətta, daha da güclənəcək. Çünki dünyada nadir görünən orqanik, hədəflərin üst-üstə düşdüyü bir ittifaq var – hər iki qardaş ölkənin gələcəyi bu müttəfiqliyin möhkəmlənməsini diktə edir".

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Mart 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri