Türkiyədə qasırğa 4 fəhlənin həyatına son qoydu VİDEO
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Antalya vilayətinin Kepez rayonunda tikinti sahəsində meydana gələn güclü qasırğa nəticəsində 4 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Kepez rayonunun Fevzi Çakmak məhəlləsində qeydə alınıb.
Axşam saatlarında şəhər mərkəzində güclü yağış və külək müşahidə olunub. Tikinti sahəsində yaranan burulğan fəhlələrin yaşadığı iki konteyneri parçalayıb, qülləli kranın aşmasına səbəb olub.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə, polis və xilasetmə briqadaları cəlb edilib. Dağıntılar altından çıxarılan işçilər xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, 4 fəhlə həyatını itirib, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə gələn Antalya valisi Hulusi Şahin axtarış-xilasetmə işlərinin davam etdiyini, digər yaralıların və ölənlərin olub-olmadığının araşdırıldığını bildirib.
Hulusi Şahin bildirib ki, qülləli kran da eyni burulğanın təsiri ilə cənub-şərq istiqamətində aşıb. Lakin kranın altında qalan və ya onun aşması nəticəsində xəsarət alan olmayıb.
Antalya Valiliyinin yaydığı rəsmi açıqlamada da 4 işçinin öldüyü, 1 nəfərin yaralandığı təsdiqlənib. Bildirilib ki, hadisə yerində müvafiq qurumların araşdırmaları və xilasetmə tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Oktyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















