Türkiyədə radikallar yəhudi qadına hücum çəkdilər VİDEO
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə-İsrail ikili vətəndaşlığı olan Klodya Medina adlı qadın İstanbulun "İstinyePark" ticarət mərkəzində etirazlarla qarşılanıb.
Bu barədə Moderator.az Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Fələstin Azadlıq İzləmə Platformasının üzvləri İstanbulun Sarıyer şəhərindəki "İstinyePark" ticarət mərkəzində İsraillə əlaqələri olan qadının ölkədə olmasına etiraz ediblər.
Onlar Türkiyə və Fələstin bayraqlarını açaraq, "Məhv olsun sionizm, ölkəmdə sionist istəmirəm" kimi radikal şüarlar səsləndiriblər.
Təxminən 20-25 nəfərlik qrup ilə Klodya Medina arasında əvvəlcə şifahi mübahisə başlayıb, daha sonra gərginlik böyüyüb və qrupun aqressiv hərəkətləri nəticəsində hadisə yerinə polis qrupları cəlb ediliblər.
Yaşanan gərginlikdən sonra ticarət mərkəzi boşaldılıb və Klodya Medina təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə ticarət mərkəzindən uzaqlaşdırılıb.
Həmçinin platforma üzvlərinin iki gün əvvəl qadın barəsində prokurorluğa şikayət ərizəsi təqdim etdikləri məlum olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 19 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















