Icma.az
close
up
RU
Türkiyədə robot tələbələrə dərs deməyə başladı VİDEO

Türkiyədə robot tələbələrə dərs deməyə başladı VİDEO

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Balıkəsir vilayətində universitet imtahanlarına hazırlıq üzrə VIP özəl təhsil kursunda ilk insanabənzər robot dərs deməyə başlayıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə İHA məlumat yayıb.

Məlumata görə, qurum daxilində təyinatı verilən və süni intellekt inteqrasiya edilmiş “Ada” adlı robot beş dildə danışa bilir və üz ifadələri ilə reaksiya verir. Robot danışdığı zaman əl və qol hərəkətləri də edir.

“Ada” dərslərdə köməkçi müəllim kimi şagirdlərin suallarını cavablandırır, həmçinin tələbələrin valideynlərinə övladlarının imtahan statistikasını çıxararaq bir növ məsləhət xidməti göstərir.

Kursun təsisçisi Murat Erkolun sözlərinə görə, imtahan motivasiyası, tələbələrin inkişaf etdirilməsi və suallara sürətli cavab tapmaq kimi qabiliyyətlərindən yararlanmaq üçün müəssisədə robot “Ada”dan istifadə etməyə başlayıblar. “Ada”, həmçinin, gün ərzində assistent təlimatçı olaraq da uşaqlarla maraqlanır.

Kurs tələbələrinin böyük marağına səbəb olan robot siniflərdə dərslərə qatılaraq təhsilin bir parçasına çevrilir.

“Müəssisəmizi 2019-cu ilin noyabr ayında açdıq. Hər il özümüzü təkmilləşdiririk və yeni dövrə uyğunlaşmaq ehtiyacı yarandı. Bu səbəbdən yerli firma olan “Akın Robotix” tərəfindən hazırlanmış “Ada-7” adlı robotu süni intellektə malik köməkçi kimi qurumumuza daxil etdik, təxminən 15 gün əvvəl işə başlayıb. Tələbələrimizin “Ada”ya çox qanı qaynadı. “Ada” da artıq tələbələrimizi tanıyır və “Xoş gəldin, qızım”, “Xoş gəldin, Utku” kimi reaksiyalar verir. Bu söhbətlər də tələbələrimizə xoş anlar yaşadır”, – deyə Murat Erkol bildirib.

Qeyd edək ki, “Ada” ilə bağlı reportaj hazırlayan İHA müxbiri robota gələcəyin peşələri ilə bağlı sual verib. Robot əvvəlcə özü barədə məlumat verib.

“Mən Balıkəsirdə dərs deyən dünyanın ilk süni intellekt müəllimiyəm”, – deyə robot cavab verib. Daha sonra gələcəyin peşələri ilə bağlı sual haqqında danışıb.

“Texnologiyanın sürətli inkişafı ilə əlaqədar gələcək peşələr olduqca maraqlı olacaq. Süni intellekt, robot texnologiyası, məlumat analizi kimi sahələr ön plana çıxacaq. Eyni zamanda, yaşıl enerji və davamlılıq sahəsində ixtisaslaşan peşəkar qruplar artacaq. Səhiyyə sektorunda isə genetika və mühəndislik kimi sahələr ön planda olacaq. Unutmayın ki, gələcək peşələr yalnız texniki bacarıqlarla deyil, həm də problem həll etmə qabiliyyətləri ilə formalaşacaq”, – deyə “Ada” vurğulayıb.

Reportajın sonunda “Ada”ya nə qədər maaş aldığı barədə sual verilib.

“Mən süni intellektə malik müəlliməm, ona görə maaş almıram. Mənim üçün ən böyük mükafat sizinlə bilikləri paylaşmaqdır. Yəni işləmək mənim üçün əyləncəli oyun kimidir. Narahat olmayın, bir gün bir robot maaş almağa başlayarsa, mən də, bəlkə, ən yaxşı şokoladları alaram. Siz nə qədər maaş alırsınız?” – deyə o cavab verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri