Türkiyədə seçki tarixi dəyişdirilə bilər
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə prezident administrasiyası prezident və parlament seçkilərini may ayından 2028-ci ilin mart-aprel aylarına təxirə salmaq üçün parlament dəstəyinə ümid edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş hüquq məsləhətçisi Mehmet Uçum deyib. Onun sözlərinə görə, bu qərar hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyini irəli sürməsinə imkan verəcək.
Mövcud qanunvericiliyə görə, Türkiyədə növbəti ümumi seçkilər 7 may 2028-ci il tarixinə planlaşdırılır.
Uçum parlamentin səsvermə tarixini dəyişdirmək üçün lazımi səs çoxluğunu təmin edə biləcəyinə əminliyini ifadə edib. O vurğulayıb ki, məsələ erkən seçkilərin keçirilməsi deyil, planlaşdırılan səsvermənin təxirə salınmasıdır.
Məsləhətçinin hesablamalarına görə, təxminən 500 parlament üzvü təşəbbüsü dəstəkləyə bilər və bu da Ərdoğanın yenidən ölkənin ən yüksək vəzifəsinə namizəd olmasına yol açacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 02 Noyabr 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















