Icma.az
close
up
RU
Türkiyədə uğurları ilə seçilən azərbaycanlı həkim kimdir? FOTO

Türkiyədə uğurları ilə seçilən azərbaycanlı həkim kimdir? FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

İç xəstəliklər üzrə uzman doktor və Hematoloji üzrə üst uzman doktor Cəmilə Selimoğlu-Osmanova Türkiyədəki elmi və tibbi fəaliyyəti ilə seçilir.

Redaktor.az xəbər verir ki, 1988-ci ildə Bakıda əslən ağsulu olan bir ailədə doğulan Cəmilə Selimoğlu-Osmanova 7 yaşından Türkiyədə yaşayır.

İlk təhsilini Sabançı məktəbində, orta təhsilini isə ingilis dilli Anadolu Liseyində alıb. Litseydə oxuduğu dövrdə Türkiyənin ABŞ-dəkı səfirliyi tərəfindən ingiliscəsi ən yaxşı olan 25 şagird siyahısına daxil edilir, sertifikatla təltif olunur və ABŞ-dən dəvət edilmiş xüsusi müəllimlərdən dərs alır.

2006-cı ildə Ankarada keçirilən YÖS imtahanında yüksək nəticə əldə edərək Türkiyənin Atatürk Universitetinin tibb fakültəsinə daxil olur. 2012-ci ildə fakültəni müvəffəqiyyətlə bitirir və həmin il TUS imtahanında uğurlu nəticə göstərərək Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Ankara Hacettepe Universitetinin İç Xəstəliklər üzrə Uzmanlıq Bölümünə qəbul olunur. Uzmanlıq təhsili zamanı yüksək nəticələrinə görə fakültənin baş assistent həkimi seçilir.

Cəmilə Selimoğlu-Osmanova uğurlarına görə tələbələr arasında istisna hal kimi Türkiyə Böyük Millət Məclisi tərəfindən ikinci vətəndaşlıqla təltif olunur. O, həmçinin Azərbaycan Prezidentinin 2007-2015-ci illər üçün Xaricdə Təhsil proqramına daxil edilib və yüksək təqaüdlə təltif olunub.

Uzmanlıq təhsilini başa vurduqdan sonra Hematologiya üzrə Üst Uzmanlıq imtahanında uğur qazanaraq az sayda seçilmiş həkimlərdən biri olur. Üst Uzmanlıq təhsilini Türkiyənin ən böyük tibb müəssisəsi - Ankara Bilkent Şəhər Xəstəxanasında davam etdirir və hematologiya üzrə dissertasiyasını uğurla müdafiə edir. Uğurlarına görə Türkiyə Hematologiya Cəmiyyətinin mükafatına layiq görülüb.

Cəmilə Selimoğlu-Osmanova 20-dən çox beynəlxalq tibb konfransında çıxış edib, bir çox elmi məqaləsi “Web of Science” bazasına daxil olan nüfuzlu tibbi jurnallarda dərc olunub. Bu günlərdə Antalya şəhərində keçirilən 51-ci Hematologiya Konqresində o, Ankara Bilkent Şəhər Xəstəxanası qrupu adından əsas məruzəçi kimi çıxış edib.

Redaktor.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri