Icma.az
close
up
RU
Türkiyədə var, bizdə niyə yoxdur?

Türkiyədə var, bizdə niyə yoxdur?

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biz çayı sevən xalqıq. 40 dərəcə istidə də çay içirik, qışın soyuğunda da. Çay bizim üçün təkcə içki deyil, günün ritmidir, söhbətin başlanğıcıdır, fasilədir. Ona görə də, çay mövzusu haradasa şəhər həyatının güzgüsünə çevrilir.

Bakıda çay var, amma bir az uzaq düşüb. Şəhərdə demək olar ki, hər addımda "takeaway" kofe tapmaq mümkündür. Tələsəndə də alırsan, yolüstü də. Çay isə daha çox köşk və restoranlarla məhdudlaşır. Restoranlarda çay adətən baha olur və çox vaxt dəstgahla birlikdə təqdim edilir. Bəzən sadəcə 1 stəkan çay içmək istəyirsən, amma bunun üçün masa, servis və əlavə xərclər qaçılmaz olur.

Sonsuzluq yaradır - Bakıda addımbaşı hər yerdə var: Bəzi evlərdə də istifadə olunur Çayı belə içəndə mədə xərçəngi yaradır

Bu vəziyyət çayı çətinləşdirir, amma sevgini azaltmır. Çayı sevməkdə davam edirik, sadəcə şəhər şəraiti bu vərdişi bir az yorucu edir. Çay daha çox oturmalı, vaxt ayırmalı rituala çevrilir. Halbuki bəzən insanın istədiyi tək şey ayaqüstü, dəniz kənarında sadə bir çay olur.

İstanbul nümunəsi burada yada düşür. Türkiyədə, xüsusilə İstanbulda dəniz kənarında, parkda, küçədə səyyar çay satan insanlara rast gəlmək adi haldır. Əllərində çay termosları, armudu stəkanlar, yanında qənd. Ucuz, sadə və səmimi. "Kurtlar Vadisi"ndən tanıdığımız o səhnələr əslində gündəlik həyatın bir parçasıdır. Çay orada şəhərin içindədir, insanların arasındadır.

İstanbulda çaya gündəlik ehtiyac kimi baxılır. Bakıda isə çay bir az daha "restoran içkisi" təsiri bağışlayır. Bu fərq çayın dadını yox, onu əldə etmə yolunu dəyişir.

Bulvarda, parklarda, mərkəzi küçələrdə armudu stəkanda çay satışı həm şəhər sakinləri, həm də turistlər üçün xoş detal olar. Bu, nə yeni ixtiradır, nə də yad mədəniyyət. Sadəcə mövcud çay sevgimizin şəhər həyatına uyğunlaşdırılmasıdır.

Bəzən çay üçün dəbdəbə lazım deyil. Nə bahalı menyu, nə də uzun servis. Sadəcə isti çay, armudu stəkan və bir az da rahatlıq kifayətdir. Çünki çayın ən yaxşı tərəfi onun sadəliyindədir.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Dekabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri