Türkiyədə bloqerlərə qadağa Bizdə də tətbiq olunacaq?
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Dünyanın bir çox ölkəsində, həmçinin Türkiyədə sosial şəbəkələr üzərindən ödənişli şəkildə həkim və dərman peraparatları reklam etmək qadağan edilib. Bloqerlər hətta öz real və razı qaldıqları nəticələri belə həkim məsləhəti üzərində paylaşım edə bilməzlər. Azərbaycanda isə çox sayda izləyicisi olan şəxslər rahatlıqla həkim və dərman reklamı edə bilirlər.
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, bir çox ölkələrdə bu fəaliyyət artıq qadağan olunub:
"Çünki bəzi bloqerlər insanların sağlamlığı üzərindən biznes qurur, saxtakar həkimlərlə əməkdaşlıq edərək kütləvi aldadılmaya yol verirlər. Bunun nəticəsində insanların sağlamlığına ağır zərər dəyir, bəzən isə həyatlar məhv olur. Məhz bu risklərə görə həmin ölkələrdə bloqerlərin səhiyyə sahəsində fəaliyyəti məhdudlaşdırılıb".
O bildirib ki, bu çərçivədə həkimlərin reklamı, tibbi məsləhətlərin verilməsi, dərman və preparatların təbliği bloqerlərə qadağan edilib:
"Sosial şəbəkələrdə bu cür fəaliyyət göstərən şəxslərin əksəriyyəti tibbi bilik və məsuliyyət daşımır və cüzi qazanc naminə insanların həyatını təhlükə altına atır. Bu isə cəmiyyət üçün ciddi problemlər yaradır. Xüsusilə səhiyyə sahəsində bu fəaliyyətlərin Azərbaycanda da rəsmi şəkildə qadağan olunmasına ehtiyac var. Həkim və dərman reklamlarının bloqerlər tərəfindən aparılması dayandırılmalı, bu hallara qarşı ciddi sanksiyalar tətbiq edilməlidir. İnsanların sağlamlığı üzərindən qazanc əldə etmək yolverilməzdir".
Sosioloq deyib ki, eyni zamanda bəzi saxtakar həkimlərin bloqerlərlə əməkdaşlığı vəziyyəti daha da ağırlaşdırır.
"Buna görə də gecikmədən konkret qərar qəbul edilməli, səhiyyə sahəsində bloqer fəaliyyəti tam qadağan olunmalıdır. Yalnız peşəkar mediada həkimlərin və mütəxəssislərin çıxışlarına icazə verilməlidir. Hazırda bu sahədə faktiki nəzarətsizlik mövcuddur. Ekspertlər dəfələrlə bu problemi gündəmə gətirsə də, insanlar hələ də saxta dərmanlara və yanlış müalicələrə yönləndirilir. Bu səbəbdən təcili olaraq hüquqi mexanizmlər gücləndirilməli və qadağalar konkret şəkildə tətbiq olunmalıdır", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Türkiyədə var, bizdə niyə yoxdur?
29 Dekabr 2025 10:10
Zabit Səmədov: Türkiyədə qonorar yüksəkdi, bizdə isə...
20 Dekabr 2024 16:22
Apreldə qar yağacaq Türkiyədə xəbərdarlıq edildi, bizdə də temperatur dəyişəcək
07 Aprel 2025 09:37
Süni intellektə inzibati qadağa bizdə də olacaqmı?
23 Oktyabr 2025 09:39
Türkiyədə uşaqlar və yeniyetmələrə qadağa
03 Yanvar 2026 14:22
Baxış sayı:34
Bu xəbər 29 Yanvar 2026 20:46 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları