Icma.az
close
up
RU
Türkiyədə vəfat edən məşhur azərbaycanlılar Siyahıda kimlər var?

Türkiyədə vəfat edən məşhur azərbaycanlılar Siyahıda kimlər var?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, “Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında vəfat edib. Onun bir müddətdir, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkdiyi, Türkiyədə müalicə aldığı qeyd edilib.

Türkiyəyə müalicə üçün üz tutmuş, eləcə də orada vəfat etmiş azərbaycanlı məşhurlar kimlərdir?

Globalinfo.az sözügedən istiqamətdə araşdırma aparıb.

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy (1938–2000) –  2000-ci ilin yayında ağır xəstəlik səbəbindən Ankarada müalicə alarkən vəfat edib. Daha sonra ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bakıda dövlət səviyyəsində dəfn mərasimi keçirilib. Elçibəy Fəxri Xiyabanda dəfn edilib.

Əbülfəz Elçibəy

Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyev (1947–2017) – 2017-ci il iyunun 8-də ürək problemindən dünyasını dəyişib. O, Türkiyənin İstanbul şəhərində müalicə olunurdu.

Natiq Əliyev

Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədov (1964–2022) – 4 noyabr 2022-ci ildə İstanbulda müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat edib. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn edilib.

Fazil Məmmədov

Sabiq millət vəkili Fəzail Ağamalı – 2026-cı il 9 fevralda Türkiyədə vəfat edib. O, qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə getmişdi. 

Fəzail Ağamalı

Milli Məclisin keçmiş deputatı Mahir Aslanov –  Türkiyənin İzmir şəhərində yerləşən “Medicana” xəstəxanasında ürək əməliyyatı zamanı vəfat edib.

Mahir Aslanov

Əməkdar artist Aygün Bəylər– 2024-cü ildə Ankara şəhərində vəfat edib. O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Aygün Bəylər

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyatda olan yeganə tələbəsi və yardımçısı, professor-doktor Yəhya Daşdələn (1940–2020) –  2020-ci ildə Türkiyədə vəfat edib.

Yəhya Daşdələn

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin sabiq rəisi İlyas Səfərov – 62 yaşında Türkiyədə, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xalq artisti Rasim Balayev (1948–2026) – İstanbulda “Memorial” xəstəxanasında vəfat edib. Bir müddətdir ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi və Türkiyədə müalicə alırdı.

Rasim Balayev

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Mart 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri