Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi "X" sosial şəbəkəsindəki rəsmi hesabında xəbər verib.
Ölkənin şimal-qərbində yerləşən beş vilayətdə şiddətli leysan yağışları gözlənilir.
Narıncı kod meteoroloji təhlükə şkalasında dörd səviyyə arasında üçüncüdür. Bu xəbərdarlıq güclü leysan, daşqınlar, nəqliyyatın hərəkətində fasilələr, elektrik xətlərinin qırılması, ağacların aşması və tikililərə zərər dəyməsi kimi maddi ziyana, bədbəxt hadisələrə və insan itkisinə səbəb ola biləcək təhlükəli təbiət hadisələrindən xəbərdar edir.
Qeyd edək ki, İstanbul bu həftə ərzində şiddətli leysan yağışlarına məruz qalıb və şəhərin bəzi rayonlarını su basıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində dörd nəfər həlak olub, üç nəfər isə itkin düşmüş hesab olunur.
Meteorologiya İdarəsi, həmçinin oktyabrın 17-si üçün ölkənin 81 vilayətindən 36-da, o cümlədən Ankara, Mərkəzi Anadolu və Aralıq dənizi bölgəsində sarı təhlükə kodu elan edib. Bu ərazilərdə güclü yağış və külək proqnozlaşdırılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 Oktyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















