Türkiyədə zəlzələ oldu Yeni Çağ Media
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 29-u, saat 22:13 radələrində Türkiyənin Antalya bölgəsində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Antalya yaxınlığında olub və yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.
Yenicag.az xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar İdarəsinin (AFAD) ilkin məlumatlarına görə, zəlzələ yerin 7-10 km dərinliyində baş verib. Təkanlar nəticəsində hazırda ciddi dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb.
Zəlzələ sakinlər arasında qısa müddətli təşvişə səbəb olub. Antalya və ətrafındakı bölgələrdə yaşayan insanlar təhlükəsizlik tədbiri olaraq evlərini tərk ediblər.
Hadisə ilə bağlı araşdırmalar davam edir, müvafiq orqanlar bölgədə vəziyyəti nəzarətdə saxlayır. Zəlzələnin daha kiçik afterşoklarla müşayiət olunması ehtimalı var.
www.yenicag.az
Baxış sayı:103
Bu xəbər 29 Noyabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















