Türkiyədən ABŞ a böyük JEST
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə hökuməti ABŞ-dan idxal edilən bəzi məhsullar üçün 2018-ci ildən qüvvədə olan əlavə rüsumları ləğv edib.
Modern.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Qərar Amerika istehsalı olan spirtli içkilər, avtomobillər, kosmetika və yarpaqlı tütün məhsullarına da şamil edilir.
Türkiyənin Ticarət Nazirliyi ABŞ mallarına tətbiq edilən əlavə rüsumların ləğvi qərarının Türkiyə-ABŞ danışıqlarının müsbət nəticəsi olduğunu bildirib.
Ankara 2018-ci ildə ABŞ hökumətinin Türkiyənin polad və alüminiumuna tarifləri artırmasına cavab olaraq qarşı tərəfdən malların idxalına əlavə rüsumlar tətbiq etmək qərarına gəlmişdi.
Türkiyə hökuməti daha əvvəl ABŞ ilə ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq öhdəliyini vurğulamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















