Türkiyədən Moskvaya uçan 6 təyyarə geri qaytarılıb
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Türkiyədən Rusiyanın paytaxtı Moskvaya uçan altı sərnişin təyyarəsi Vnukovo hava limanında tətbiq edilən təhlükəsizlik məhdudiyyətləri səbəbindən geri qayıtmağa məcbur olub.
Bu barədə TASS agentliyinə aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
Bildirilib ki, Antalya, İstanbul və Bodrum şəhərlərindən Moskvanın Vnukovo hava limanına istiqamətlənən altı təyyarə Polşa və Belarus üzərində uçuş istiqamətini dəyişərək geri qayıdıb.
Mənbənin sözlərinə görə, geri dönən təyyarələrin İstanbulda eniş etməsi nəzərdə tutulur.
O qeyd edib ki, Moskva hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən Türkiyədən gələn təyyarələrin uçuşun yarısında geri qaytarılması ilk dəfə baş vermir.
Bundan əvvəl Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Moskvanın bütün hava limanlarında təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
Qurum məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğunu bildirib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Oktyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















