Icma.az
close
up
RU
Türkiyədən Putinə AĞIR SÖZLƏR: “O istəyir ki...”

Türkiyədən Putinə AĞIR SÖZLƏR: “O istəyir ki...”

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

“Rusiyanın bugünkü davranışları böyük dövlətlərə xas ənənələrlə ziddiyət təşkil edir. Böyük dövlətlər insan hüquq və azadlıqlarına hörmət edirlər və heç vaxt Rusiya kimi davranmırlar. Çünki bu davranışlar həmin dövlətin imicini ciddi şəkildə zədələyir. Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi adımların atılması Putini ciddi şəkildə narahat edir. Putin istəyir ki, qazanan tək Rusiya olsun. Buna görə də Rusiya prezidenti regionu xaosa sürükləyir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyənin beynəlxalq münasibətlər üzrə tanınmış analitiki, dosent Mustafa Özalp deyib. O, bildirib ki, Rusiya ilə Azərbaycan arasında mövcud gərginliyin tarixi 2024-cü ilin dekabrına qədər uzanır:

“Rusiya ilə Azərbaycan arasında mövcud gərginliyin tarixi 2024-cü ilin dekabrına qədər uzanır. Bəlli olduğu kimi, 2024-cü ilin dekabr ayında Rusiya Azərbaycana məxsus sərnişin təyyarəsini vurdu. Bundan sonra rəsmi Bakı ortaya qətiyyətli mövqe qoydu və Rusiyadan təyyarənin vurulmasında günahkar olan şəxslərin cəzalandırılmasını tələb etdi. Amma rəsmi Moskva bu tələbə əməl etmədi. Kreml iddia etdi ki, təyyarə şüurlu şəkildə deyil, səhv nəticəsində vurulub. Bundan sonra Rusiya və Azərbaycan arasında münasibətlər gərginləşməyə başladı. Rusiya ilə Azərbaycan arasındakı gərginlikdən danışarkən, 2020-ci ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi vətən müharibəsinə də toxunmaq lazımdır. Həmin vaxt Azərbaycan dövləti, xalqı və ordusu birlik və bərabərlik nümayiş etdirərək, qətiyyəli əks-hücum əməliyyatları ilə işğalda olan Azərbaycan torpaqlarını azad etdi. Çox maraqlıdır ki, həmin vaxt Rusiya bu prosesə maneə olmadı. Etiraf edək ki, Rusiyanın buradakı məqsədi Paşinyana müəyyən qədər gözdağı vermək idi. Rusiya ilə Ermənistan arasındakı münasibətlər gərginləşmişdi. Rusiya artıq Ermənistanın hamisi, dəstəkcisi deyildi. Azərbaycan yaranmış geosiyasi vəziyyətdən uğurla istifadə edərək, öz ordusunun gücü ilə torpaqlarını işğaldan azad etməyə müvvəffəq oldu”.

Mustafa Özalp vurğulayıb ki, Rusiyanın Azərbaycana və digər keçmiş post-sovet ölkələrinə təzyiq imkanları artıq minimuma enib:

“Bu gün Azərbaycan müstəqil dövlətdir və istənilən xarici ölkə ilə ikitərəfli, üçtərəfli əlaqələr qura bilər. Azərbaycanın daxili və xarici siyasətini müstəqil həyata keçirməsinə heç kim mane ola bilməz. Ancaq Rusiya bunu həzm etmir. Məsələnin mahiyyəti odur ki, 2020-ci ildə həyata keçirilən müharibədən və 2023-cü ildəki anti-terror əməliyyatlarından sonra Azərbaycan Qafqazda sürətlə yüksəlməyə və şərksiz lider dövlət olmağa başladı. Azərbaycanın bu yüksəlişi, müstəqil siyasəti və Azərbaycan hakimiyyətinin ortaya siyasi iradə qoyması Rusiyanı məmnun etmədiyinə görə münasibətləri kəskinləşdirmək, hətta düşmənçilik həddinə gətirmək siyasətini tutdu. Rusiya etiraf etməsə də, bütün dünya görür ki, Ukrayna ilə olan müharibə onu zəiflədib. Rusiyanın Azərbaycana və digər keçmiş post-sovet ölkələrinə təzyiq imkanları minimuma enib. Rusiyanın bu günkü davranışları böyük dövlətlərə xas ənənələrlə ziddiyət təşkil edir. Böyük dövlətlər insan hüquq və azadlıqlarına hörmət edirlər və heç vaxt Rusiya kimi davranmırlar. Çünki bu davranışlar həmin dövlətin imicini ciddi şəkildə zədələyir. Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi adımların atılması Putini ciddi şəkildə narahat edir. Putin istəyir ki, qazanan tək Rusiya olsun. Buna görə də Putin regionu xaosa sürükləyir. Rusiya əhalisi sürətlə qocalmağa doğru gedir və bu göstəricidə “liderdir”. Rusiyada ciddi demoqrafik problem var. Yaxın 30 ildə ruslar Rusiyanın sahib olduğu geniş coğrafiyaya tam nəzarət edə bilməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyul 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri