Icma.az
close
up
RU
Franklin Ruzveltin insanlığı ilə bağlı təsirli hekayə KONKRET

Franklin Ruzveltin insanlığı ilə bağlı təsirli hekayə KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1937-ci il oktyabrın 5-də ABŞ prezidenti Franklin Ruzveltin elə bir addım atdığı iddia olunur ki, bu hekayə insanda bu gün də dərin duyğular oyadır.

Deyilənə görə, Ruzvelt Bruklində lift olmayan kiçik bir mənzildə yaşayan, üç uşağını təkbaşına böyüdən Meri Tompson adlı qadının yanına gizli şəkildə gedib. Prezident qadının işini itirməsi və övladlarını dolandırmaqda çətinlik çəkməsi barədə yazdığı ürəkdağlayan məktubu oxuduqdan sonra ona baş çəkmək qərarına gəlib.

Meri qapını açanda qarşısında ABŞ prezidentini, əlində ərzaq səbəti və şəxsi çek olan bir zərf gördüyü bildirilir. Qadın həyəcanından huşunu itirib.

Lakin bu hekayəni təsirli edən təkcə prezidentin ehtiyacı olan bir ailəyə yardım etməsi deyil. İddialara görə, Ruzvelt ərzağı verib, şəkil çəkdirərək oradan ayrılmayıb. O, bir saatdan çox müddət ərzində ailənin köhnə mətbəxində oturub, qucağında körpəni yelləyib, böyük uşaqlara ev tapşırıqlarını yerinə yetirməkdə kömək edib.

Prezident, guya, qadına poliomielit xəstəliyindən sonra keçirdiyi qorxulardan, özünə inamını itirdiyi anlardan və səhərlər oyanarkən həyatın çətinliklərinin öhdəsindən gəlib-gələ bilməyəcəyi barədə düşündüyündən danışıb.

Beləcə, kiçik bir mətbəxdə dünyanın ən qüdrətli dövlətlərindən birinin rəhbəri ilə özünü çarəsiz hiss edən bir ana dərdlərini bölüşüb. Hər ikisi bir-birinin yaşadıqlarını dinləyərək mənəvi güc tapıb.

Məni bu hekayədə ən çox təsirləndirən məqam isə Ruzveltin, deyilənə görə, Məxfi Xidmətdən bu səfər barədə mətbuata məlumat verməməyi tələb etməsidir. O, belə bir fikir söyləyib:

“Məsələ siyasətdə deyil. Məsələ bir insanın başqa bir insana kömək etməsindədir. Səmimi mərhəməti piar vasitəsinə çevirdiyimiz anda müqəddəs bir şeyi itiririk”.

Hekayədə iddia olunur ki, Ruzvelt prezidentliyi dövründə adi amerikalıların evlərinə bu cür çoxsaylı, əvvəlcədən planlaşdırılmamış səfərlər edib. Eleanor Ruzveltin şəxsi qeydlərinə istinadən belə səfərlərin sayının 200-dən çox olduğu bildirilir.

Guya, prezident bəzən ehtiyacı olan ailələrə ərzaq aparır, kirayə borclarını ödəməyə kömək edir, bəzən də tənha yaşlı insanlarla oturub söhbət edirdi. Məxfi Xidmət əməkdaşlarından isə kənarda gözləmələrini istəyirdi. Çünki həmin anlarda prezident olmaqdan çox, sadəcə bir insan kimi davranmaq istəyirdi.

Meri Tompsonun bu görüşü Ruzveltin ölümünə qədər sirr saxladığı, yalnız bundan sonra jurnalistə danışdığı da iddia edilir.

Qadının həmin müsahibədə belə dediyi bildirilir:

“O, mənim evimə prezident kimi deyil, qorxunun nə demək olduğunu anlayan bir ata kimi gəlmişdi. Gedərkən məni qucaqladı və pıçıldadı ki, uşaqlarım üçün yaxşı ana olmaq Amerikadakı ən vacib işdir. Hətta prezident olmaqdan da vacibdir.

Ona inanırdım. Çünki gözlərində hər sözünün səmimi olduğunu görürdüm”.

Bu hekayənin əsas mesajı isə düşündürücüdür: İnsanın həqiqi böyüklüyü onun sahib olduğu hakimiyyətlə deyil, bu hakimiyyətdən başqalarının həyatını yaxşılaşdırmaq üçün necə istifadə etməsi ilə ölçülür.

Bəzən bir insana uzadılan əl, vaxtında deyilən təsəlliverici söz və ya səssizcə göstərilən qayğı onun həyatını dəyişə bilər. İnsan özünü unudulmuş, dəyərsiz və tək hiss etdiyi anda ona sahib çıxan birinin varlığı ən böyük təsəlliyə çevrilir.

Əsl böyüklük abidələrdə, fəxri adlarda və tarix kitablarında deyil, heç kimin görmədiyi anlarda üzə çıxır. Başqasının ağrısını duymaqda, onun dərdinə şərik olmaqda və heç bir qarşılıq gözləmədən kömək etməkdə…

Çünki bəzən bir insanın həyatında iz qoymaq üçün dünyanı dəyişməyə ehtiyac yoxdur. Sadəcə, onun özünü tək hiss etməsinə imkan verməmək kifayətdir.

Müəllif: Larisa Nikora

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri