Icma.az
close
up
RU
Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kreml işçi çatışmazlığından əziyyət çəkir...

SİA-nın məlumatına görə, BBC xəbər verir ki, minlərlə Şimali Koreyalı Rusiyada şahidlərin qul kimi təsvir etdiyi şəraitdə işləyir.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Ukrayna müharibəsi və səfərbərlik nəticəsində yaranan ciddi işçi çatışmazlığı səbəbindən Moskva Şimali Koreyalı işçiləri daha çox işə cəlb edir.

Münaqişə başlayandan Rusiya Şimali Koreyadan raket və sursat alırdı, indi də işçi qüvvəsi alır.
2024-cü ildə ölkəyə 13 mindən çox Şimali Koreya vətəndaşı daxil olub ki, bu da əvvəlki illə müqayisədə 12 dəfə çoxdur. Bir çoxları tələbə vizasındadır və ekspertlər bunu BMT-nin Şimali Koreyalı miqrant işçilərin istifadəsini qadağan edən sanksiyalarından yan keçməyin bir yolu olduğunu deyirlər. Rusiyadan qaçan işçilər tikinti sahələrində 18 saatlıq növbələr, çirkli, həddən artıq dolu konteynerlərdə və ya yarımçıq binalarda yaşadıqlarını təsvir ediblər.

Onlar xarici dünya ilə hər hansı əlaqəni məhdudlaşdıran Şimali Koreya dövlət təhlükəsizlik agentləri tərəfindən idarə olunur.

Onların qazanclarının böyük hissəsi “sadiqlik haqqı” kimi Pxenyan xəzinəsinə köçürülür, yerdə qalan 100-200 dollar isə yalnız evə qayıtdıqdan sonra verilir.

Çoxları ev və ya biznes üçün pul qazanmağa ümid edirdi, lakin tez başa düşdü ki, şərait düşərgə ilə müqayisə oluna bilər.

Bəziləri isə həyatlarını riskə ataraq qadağan olunmuş telefonlardan və hüquq müdafiəçilərinin köməyindən istifadə edərək qaçıblar.

Bununla belə, Seulun məlumatına görə, 2022-ci ildən uğurlu qaçışların sayı iki dəfə azalıb.

Ekspertlər hesab edirlər ki, Şimali Koreyalı işçilərin Rusiyaya axını Şimali Koreya lideri Kim Çen In və Putin arasında əməkdaşlığın uzunmüddətli nəticəsi olacaq.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Avqust 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri