Türkiyədən Trampa atalıq iddiası: Prezidentin qızı ola biləcəyini iddia edən 54 yaşlı qadın DNT testini gözləyir
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Ankara şəhərində yaşayan 54 yaşlı Necla Özmen ABŞ Prezidenti Donald Trampın qızı ola biləcəyini iddia edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sözcü" nəşrinin dərc etdiyi materialda bildirilir.
Məlumata görə, qadın doğuş zamanı körpəsini itirən bir cütlük tərəfindən övladlığa götürüldüyünü öyrənib, anasının ögey olmasını etiraf etməsindən sonra əsl ailəsini axtarmağa başlayıb. Öz anası hesab etdiyi Satı Özmen ögey qızına təəccüblü etiraf edərək, onun atasının ABŞ Prezidenti Donald Tramp olduğunu iddia edib. Bioloji kimliyini müəyyən etmək üçün Necla Özmen rəsmi orqanlara müraciət edib və Ankara 27-ci Ailə Məhkəməsində atalıq iddiası qaldırıb. Özmen məhkəməyə verdiyi ərizədə bioloji ailəsini müəyyən etmək üçün Trampdan DNT testi tələb edib.
Necla Özmen əhali qeydlərinə görə 1971-ci il təvəllüdlü olduğunu, lakin 1970-ci ildə dünyaya gəldiyini, özünün doğum haqqında şəhadətnaməsinə rəsmi mənbələrdə rast gəlmədiyini və qeydlərin qəsdən gizlədilə biləcəyini iddia edib.
Özmen bioloji anasının xarici vətəndaş olduğunu, illər əvvəl Donald Trampla nikahdankənar münasibət yaşadığını və nəticədə hamilə qaldığını irəli sürüb. Həmçinin məhkəməyə verdiyi ərizədə bioloji anasının hamiləlik dövründə təzyiqə və təhdidə məruz qaldığını, bu səbəbdən də Türkiyəyə gələrək, uşağı burada dünyaya gətirdiyini deyib.
Onun sözlərinə görə, rəsmi qeydlərdəki anası da eyni vaxtda hamilə olub, lakin doğuş zamanı körpəsini itirib və bundan sonra türk ailə Özmeni xəstəxanada öz övladları kimi təqdim edib, ölən körpələrinin yerinə qeydiyyata alıb.
Özmen iddia edib ki, onu Adanada böyüdən ailə NATO əməkdaşları olub. Digər tərəfdən, Necla Özmen atalığın təyin edilməsi üçün ABŞ-də də ailə məhkəməsinə iddia ərizəsi göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















