Türkiyəli aktyor Barış Arduç COP31 də Azərbaycan pavilyonunu ziyarət edib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Xəbər verildiyi kimi, Qarabağ Dirçəliş Fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP31 tədbirində iştirak edir.
Tədbir çərçivəsində Türkiyənin tanınmış aktyoru Barış Arduç Azərbaycan pavilyonunu ziyarət edib.Ziyarət zamanı qonağa Azərbaycan pavilyonunda ölkəmizin təbii sərvətləri, ekoloji təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı dirçəliş işləri barədə məlumat verilib.Qarabağ Dirçəliş Fondunun COP31 çərçivəsində iştirakı işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinin, ekoloji tarazlığın qorunmasının və dayanıqlı inkişaf təşəbbüslərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
M.MİRZƏ
XQ
Baxış sayı:133
Bu xəbər 11 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















