Icma.az
close
up
RU
Türkiyəli professor: Sülh sazişi Azərbaycanı enerji mərkəzinə çevirmək potensialına malikdir

Türkiyəli professor: Sülh sazişi Azərbaycanı enerji mərkəzinə çevirmək potensialına malikdir

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən zirvə görüşündə iki ölkənin sülh sazişini paraflaması, Cənubi Qafqazdakı qüvvələr dinamikasını dəyişdirən tarixi bir addım kimi yadda qalacaq. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsində döyüş meydanında qazandığı nailiyyətləri danışıqlar masasında rəsmiləşdirməsi deməkdir".

Bunu Oxu.Az-a açıqlamasında türkiyəli iqtisadçı, professor Mehmet Yüce deyib.

O bildirib ki, bu anlaşma ilə Azərbaycan 30 ildən artıq müddətdə üzləşdiyi silah embarqosundan azad olacaq, geosiyasi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması təmin ediləcək, ATƏT-in Minsk Qrupunun ləğv olunmasına çağırış ediləcək və yüz ildən çox davam edən münaqişənin bitməsi, bölgəyə sülhün gəlməsi istiqamətində güclü iradə nümayiş etdiriləcək:

"Bu, həm Azərbaycan, həm də region üçün mühüm qələbədir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və qazandığı torpaqları rəsmi olaraq tanıması isə Bakının diplomatik zəfəri kimi qiymətləndirilə bilər. Digər tərəfdən, anlaşma Türkiyənin ziyanına deyil. Əksinə, Zəngəzur dəhlizinin açılması ilə xüsusi olaraq Azərbaycanla Türkiyə, ümumilikdə isə Türkiyə ilə Mərkəzi Asiyadakı türk dövlətləri arasında quru əlaqə yaradılaraq Türkiyənin regional ticarət və logistika mövqeyi güclənəcək. Beləliklə, Cənubi Qafqazda tarixi dönüş nöqtəsi olan bu sülh sazişi, ABŞ üçün ənənəvi güc balansını dəyişdirərək strateji bir dəhliz və iqtisadi imkan sahəsi yaradıb.

"Formalaşan yeni geosiyasi şəraitdə Rusiyanın bölgədəki təsiri zəifləyəcək, Türkiyə-ABŞ xəttində yeni tərəfdaşlıqların formalaşmasının önü açılacaq. Həmçinin Zəngəzur dəhlizinin açılması və Mərkəzi Asiyaya uzanan müxtəlif enerji və nəqliyyat xətlərinin reallaşması, başda Azərbaycan və Türkiyə olmaqla, türk dövlətləri arasında regional inteqrasiyanın dərinləşməsinə töhfə verəcək. Bu anlaşmanın ən diqqətçəkən məqamlarından biri ABŞ-yə Orta Dəhliz ticarət marşrutunun bir hissəsi olan və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlandırılan Zəngəzur dəhlizini inkişaf etdirmə hüququnun verilməsidir. Bu addım ABŞ-nin Şərq-Qərb ticarət yollarındakı təsirini gücləndirir, Moskva və Tehranın regional gücünü zəiflədir və NATO müttəfiqi Ankaraya yeni imkanlar açır. Bu, Azərbaycanın regional ticarətdəki mövqeyini və Türkiyə ilə siyasi ittifaqını möhkəmləndirəcək", - deyə professor vurğulayıb.

Müsahibimiz əlavə edib ki, sülh sazişi Azərbaycanı regional logistika və enerji mərkəzinə çevirmək potensialına malikdir:

"Ermənistan üzərindən birbaşa Naxçıvana, oradan isə Türkiyəyə bağlayacaq bu marşrut (TRIPP - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) vasitəsilə daşınacaq enerji, mədən və kənd təsərrüfatı məhsullarından gömrük və tranzit gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Qarabağın tam inteqrasiyası isə kənd təsərrüfatı və mədənçilik sahələrində yeni investisiya imkanları yaradacaq. Müharibə riskinin aradan qalxması ilə Qərb sərmayəsinin bölgəyə marağı artacaq. Xüsusilə qeyri-enerji sahələrində (logistika, turizm, istehsal) xarici investisiya potensialının yüksəlməsi nəticəsində ABŞ və Avropa İttifaqı mərkəzli şirkətlər dəhliz boyunca logistika bazaları və anbar mərkəzləri qurmağa meyil edəcək, bu da Orta Dəhlizi daha cəlbedici edəcək. Bu isə ilk növbədə Azərbaycan və Ermənistan başda olmaqla, region iqtisadiyyatına ciddi töhfə verəcək. Nəhayət, sülh mühitinin yaranması və ərazi bütövlüyünün bərpa olunması ilə Azərbaycan təbii olaraq daha güclü iqtisadi inkişaf mərhələsinə qədəm qoyacaq", - professor fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri