Icma.az
close
up
RU
Türkiyəli ekspert: “Bağlı qapılar arxasında gizli razılaşma əldə olunub” MÜSAHİBƏ

Türkiyəli ekspert: “Bağlı qapılar arxasında gizli razılaşma əldə olunub” MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı siyasi ekspert Mehmet Gökhan Özçubukçudur.

Onunla ABŞ-nin yeni Prezidenti Donald Trampdan gözləntilər barədə danışdıq. Xüsusilə Trampın İran, Çin, Türkiyə, Cənubi Qafqaz və Kanada ilə bağlı ehtimal olunan siyasətini, eləcə də Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki savaşı bitirmə istiqamətində atacağı addımları müzakirə etdik:

- Mehmet bəy, Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi dünya gündəminin əsas mövzularındandır. Maraqlıdır, Trampın ikinci dönəmində dünyanı nələr gözləyir?

- Tramp hakimiyyətə gələn kimi 24 saat ərzində Rusiya-Ukrayna müharibəsini bitirəcəyini vəd etsə də, bunu etmək zaman aparacaq. Hazırda da bu müharibənin bitməsi istiqamətində addımların atılması gözlənilir. Lakin Tramp bir tərəfdən Rusiya-Ukrayna müharibəsini bitirməyə çalışır, digər tərəfdən isə ilk imzaladığı sərəncamlardan biri İsrailə yardımı artırmaq oldu. Eyni zamanda, Ukrayna və Fələstinə yardımı dayandırdı. 

Ümumiyyətlə, Trampın hakimiyyətə gəlməsi bütün dünyaya təsir edəcək. O, andiçmə mərasimində gələcəkdə edəcəklərinin siqnallarını da verdi. Panama kanalını və Qrelandiyanı almaq kimi iddiaları, hədəfləri var. Yəni onun dönəmində beynəlxalq arenada ciddi dəyişikliklər gözlənilir. 

Bundan başqa, Trampın miqrantlara qarşı sərt siyasət aparacağı da məlumdur. Qanunsuz miqrasiya ilə mübarizə üçün ABŞ tarixinin ən böyük deportasiya əməliyyatını planlaşdırır. 

- Trampın dünyadakı müharibələri bitirməyə çalışacağına dair bir düşüncə formalaşıb. Siz bu barədə nə düşünürsünüz?

- Düzdür, Donald Tramp dünyada davam edən müharibələri bitirmək istədiyini deyir. Lakin o, İsraili dəstəkləyir. Trampın birinci dönəmində İsrailə verdiyi dəstək də hamının yadındadır. Bu, görünür ki, ikinci dönəmdə də davam edəcək.  İlk gün imzaladığı sərəncam da buna işarə idi. Tramp sülhsevər bir siyasət apardığını deyir, amma ümumi olaraq baxanda, İsrailə yardım etdiyini görürük. 

- Trampın Rusiya-Ukrayna müharibəsini bitirəcəyini proqnozlaşdırırsınız?

- Tramp Rusiya-Ukrayna müharibəsini bitirəcəyini və rəsmi Moskva ilə yaxın əlaqələr quracağını deyir. Böyük ehtimalla, Ukraynadan müəyyən güzəştlərə getməsini istəyəcək. Onun Rusiya-Ukrayna müharibəsi ilə bağlı atacağı addımlar da maraqla gözlənilir. Yəqin ki, Rusiya Krım və işğal etdiyi digər ərazilərdə qalaraq Ukrayna torpaqlarının bir hissəsini əlində saxlayacaq. 

Əslində, Rusiyanın Suriyadan çəkilməsi də buna hesablanmışdı. Mənə elə gəlir ki, Tramp hakimiyyətə gəlmədən əvvəl bağlı qapılar arxasında Rusiya ilə ABŞ arasında gizli razılaşma əldə olunub. Rusların Suriyadan çəkiləcəyi təqdirdə, Ukrayna cəbhəsində əlini gücləndirəcəyinə dair bəzi iddialar da var. Ona görə də prosesin Kremlə sərf edəcəyini düşünürəm.

- Ukrayna hansısa güzəştələrə gedərsə, Prezident Zelenskinin tənqid hədəfinə çevriləcəyini ehtimal etmək olar. Bu prosesin sonunda Zelenski hakimiyyətdən getməyə məcbur qala bilər?

- Onsuz da hazırda Ukrayna Prezidenti Volodimir Zelenksi xalqı tərəfindən çox ciddi şəkildə tənqid olunur. Çünki müharibə çox uzandı. İnsanlar artıq müharibənin bitməsini istəyirlər. Zelenskinin yaxın ətrafı belə ona qarşı çıxır. Üstəlik, Qərb də Ukraynaya yardım etməkdən yorulub. 

Hərçənd ki, Qərb ölkələri Rusiyanın məğlub olacağını düşünürdü. Lakin geriyə dönüb baxanda, sanksiyalar daxil olmaqla heç bir addım Rusiyanı məğlub etməyə bəs etmədi. Proses də getdikcə uzanır. Proses Rusiyanın xeyrinə bitsə, xalq Zelenskiyə çox sərt təpki verəcək. 

Rusiyanın isə daha çox təzyiqlə üzləşməmək üçün Donald Trampla gizli şəkildə görüşüb anlaşdıqlarını düşünürəm. Hesab edirəm ki, Zelenski də müharibədən sonra hakimiyyətdən gedəcək. Hətta Tramp Rusiya-Ukrayna müharibəsinin başlamasında Zelenskini də günahlandırdığı deyilir. Yəni Qərb ölkələrindən fərqli olaraq, ABŞ Prezidenti Donald Tramp sadəcə Putini deyil, Zelenskini də günahlandırır. 

- Sizcə, Tramp Rusiyaya tətbiq olunan sanksiyaları ləğv edəcək?

- Donald Trampın Rusiyaya qarşı sanksiyaları yumşaldacağını düşünürəm. Bununla bağlı çalışma aparılır. Yəni tamamilə ləğv etməsə də, bir qədər azaldacaq. Artıq bunun siqnallarını görürük. 

- Trampın ən çox maraq edilən siyasətlərindən biri məhz İranla bağlıdır. Hətta Trampın ikinci dönəmində ABŞ-nin İranı vura biləcəyinə dair iddialar yayılır. Bu barədə nə düşünürsünüz?

- İran artıq küncə sıxışıb. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdəki müharibədən sonra İranın proksi qüvvələri xeyli zəifləyib. Həmçinin, Suriya və Livandakı mövqelərini də itirdi. Ona görə də rəsmi Tehran nüvə proqramı ilə bağlı bəzi güzəştlərə getməyə hazır olduqlarını açıqlayıb. Bunun qarşılığında isə ABŞ-nin sanksiyaları ləğv etməyini istəyib. 

Trampın isə İrana qarşı siyasəti olduqca sərtdir. Hətta ikinci dönəmində bu siyasətini daha da şiddətləndirəcək. Amma buna baxmayaraq, ABŞ-nin İrana qarşı hərbi müdaxilə edəcəyini düşünmürəm. İrana qarşı tətbiq olunan sanksiyaların isə daha da artırılacağı gözlənilir.

Sadəcə Yaxın Şərqdəki müharibə tamamilə bitdikdən sonra hansısa həmlə edilə bilər. Yaxın zamanda ABŞ-nin İranı vuracağı inandırıcı deyil, ancaq uzaq perspektivə hərbi müdaxilə ehtimalının gündəmə gəlməsi mümkündür. 

- Tramp Çinlə bağlı əsas hansı addımı atacaq?

- Çinlə mübarizə fərqli istiqamətlərdə aparılacaq. Xüsusilə Latın Amerikasında Panama və Qrelandiyanı almaqla Çinə zərbə endirmək istəyir. Çünki Çinin Latın Amerikasında ciddi investisiyaları var. Fikrimcə, Trampın bu istiqamətdəki həmlələri Latın Amerikasında ABŞ-Çin rəqabətini daha da gücləndirəcək. 

- Həmçinin, Donald Trampın Kanada ilə bağlı çox çılğın bir planı var. O, Kanadanın ABŞ-nin 51-ci ştatı olmasını gündəmə gətirib. Üstəlik, Tramp hakimiyyətinin ilk günündə Kanada əleyhinə qərarlar imzaladı. Bütün bunların fonunda iki ölkə arasında hansısa formada gərginlik yaşana bilər?

- Donald Trampın həqiqətən Kanada ilə bağlı çılğın fikirləri var. Təbii ki, onun bu sözləri dünyada geniş əks-səda doğurur. Bu, iki ölkə arasındakı ticarət əlaqələrinə mənfi təsir göstərəcək. Tramp çox fərqli bir xarakterə sahib liderdir. Ona görə də Kanada ilə bağlı sözləri həqiqətə uyğun deyil. Hesab edirəm ki, Trampın bu mövqeyi Kanada-ABŞ münasibətlərinə ciddi ziyan vuracaq. Lakin buna baxmayaraq, tərəflər arasında toqquşma yaşanacağını qəti şəkildə düşünmürəm. 

- Trampın Türkiyəyə qarşı mövqeyinin necə olacağı da maraqlı gözlənilir. Sizin düşüncənizə əsasən, onun ikinci dönəmində Ankara-Vaşinqton münasibətləri hansı mərhələyə qədəm qoyacaq?

- Əslində, Trampın nə edəcəyi bəlli olmaz. Onun birinci dönəmində Türkiyə ilə ABŞ arasında bəzi krizlər yaşanmışdı. Lakin Trampın son açıqlamalarında Türkiyə ilə sıx əməkdaşlıq edəcəyinə dair mesajlar verir, Prezident Rəcəb Tayyib Ərdoğandan da tərif dolu sözlərlə bəhs edir. Xüsusilə Suriaya məsələsi ilə bağlı da xeyrimizə açıqlama verib. Həmçinin, İsrailə də Türkiyə ilə münasibətləri gərginləşdirməməklə bağlı xəbərdarlıq edib.

Konkret olaraq, Donald Trampın ikinci dönəmində ABŞ-Türkiyə münasibətlərinin inkişaf edəcəyini gözləyirəm. Təbii ki, bu da Suriyadakı proseslərə yaxşı təsir edəcək. Bundan başqa, gələcək perspektivdə Ankara ilə Vaşinqton arasında “F-35” qırıcı təyyarələri ilə bağlı yaranan kriz də xeyrimizə yekunlaşa bilər.

Lakin bütün bunlara baxmayaraq, Trampdan əsas gözləntimiz ABŞ-nin YPG-yə dəstəyini dayandırmasıdır. Bu problem həll olunacağı təqdirdə, Suriyanın ərazi bütövlüyü də tamamilə bərpa olunar.

- Son olaraq, Trampın Cənubi Qafqaz siyasətinin Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinə təsir edə biləcəyi barədə nə düşünürsünüz?

- Azərbaycan Cənubi Qafqazdakı reallıqları öz xeyrinə dəyişməyi bacarıb. Rəsmi Bakı həm meydanda, həm də masada qazanıb. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, Ermənistana sülh təklif edib. Tərəflər arasında uzun müddətdir ki, sülh danışıqları aparır. 

Lakin rəsmi İrəvan Fransa və Hindistandan silah yardımı alaraq prosesi uzadır. Üstəlik, Ermənistan son aylarda ABŞ ilə hərbi təlim keçdi və onunla strateji tərəfdaşlıq sazişi imzaladı. 

Görünür, Ağ Ev Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq istəyir. Ancaq Donald Trampın Cənubi Qafqazla bağlı ABŞ-nin siyasətində dəyişiklik edəcəyi gözlənilir. Hətta Trampın dönəmində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını düşünürəm. Məncə, bunun yaxın zamanda baş vermə ehtimalı da var.

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri