Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Türkiyəli ekspert: İran indiki siyasətini davam etdirəcəyi təqdirdə... MÜSAHİBƏ

Türkiyəli ekspert: İran indiki siyasətini davam etdirəcəyi təqdirdə... MÜSAHİBƏ

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin növbəti qonağı beynəlxalq münasibətlər üzrə ekspert Mustafa Öztopdur.

Söhbət əsnasında Zəngəzur dəhlizi, Suriyada baş verənlər proseslər, İran və Fransanın atdığı addımları müzakirə etdik, siyasi gündəmi dəyərləndirdik:

- Mustafa bəy, Zəngəzur dəhlizinin açılmasına hansı qüvvələr əngəl olur?

- Zəngəzur dəhlizinin açılmasına ən böyük əngəl Ermənistan və İranın mövqeyidir. Həm rəsmi İrəvan, həm də Tehran hakimiyyəti Zəngəzur dəhlizinin açılmasının onların maraqlarına uyğun olmadığını düşünür. Hərçənd ki, bu, yanlış fikirdir. 

Əslində, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin bölgədəki bütün ölkələrin mənfəəti üçün bir layihə olması barədə təminat verir.  Lakin buna rəğmən, hələ də sözügedən dəhlizin açılmasına müsbət yanaşmayan qüvvələr var. Xüsusilə İran dəhlizə qarşı çıxmağa çalışır. Ermənistanın isə indiki mövqeyinin havadarlarının onu yönləndirməsi ilə bağlı olduğu qənaətindəyəm.

- Konkret olaraq, hansı ölkələrin Ermənistanın havadarı qismində bu prosesə qarşı olduğunu deyə bilərik?

- Fransa və Hindistanın Zəngəzur dəhlizinin açılmasına qarşı olduğu açıq şəkildə görünür. Hindistan hakimiyyəti Azərbaycan və Türkiyəyə olan düşmənçilik mövqeyinə görə Zəngəzur dəhlizinə qarşı çıxır. 

Fransanın da Ermənistan üzərində təsiri çox böyükdür. Rəsmi Paris Ermənistan vasitəsilə regiondakı bir çox layihəni və bölgənin inkişafını əngəlləməyə çalışır. 

- Suriyada Bəşər Əsədin devrilməsindən sonra ölkə yenidən qurulur. Xüsusilə Türkiyə Suriyada demokratik bir cəmiyyətin qurulmasına çalışır. Lakin bəzi qüvvələr buna qarşı çıxmağa cəhd edirlər. Rəsmi Ankara bütün bunların qarşısını necə alacaq?

- Suriya xalqı 13 illik müharibədən sonra artıq demokratik ölkənin qurulmasını istəyir. Elə illərdir aparılan mübarizənin və çəkilən əzabların da əsas məqsədi bu idi. Düşünürəm ki, artıq Suriyada yeni reallıqlar yarandığı üçün ölkədə demokratik mühit formalaşa bilər. 

Hətta suriyalıların çox böyük əksəriyyətinin gözləntisinin də bu olduğu açıq şəkildə özünü göstərir. Əlbəttə ki, buna əngəl yaratmaq istəyən qüvvələr olacaq. Lakin Suriyanın çox böyük və güclü xalqı var.

Nəticədə, onlar çox böyük bir imtahandan zəfərlə çıxaraq güclərini sübut etdilər. Türkiyə hakimiyyəti də onlara hər cür dəstək verəcək. Rəsmi Ankaranın dəstəyi ilə bütün kənar müdaxilələrə rəğmən, Suriyada demokratik ölkə qurulacaq. Artıq Türkiyə kimi düşünən Azərbaycan və başqa ölkələr də Suriya xalqına dəstək verməyə başlayıblar. 

Əlbəttə ki, bütün bunlar Suriya xalqının rifahına kömək edəcək. Hesab edirəm ki, Suriyada demokratik və xalqın tələblərinə cavab verəcək yeni hökumət qurulacaq. Dost və qonşu ölkələrin də dəstəyi ilə buna nail olmaq olar. Hazırda davam edən proseslər də məhz bu istiqamətdədir.

- Sizcə, Colani kimi tanıdığımız Əhməd əş-Şara keçici hökumətdən sonra da Suriyaya rəhbərlik edəcək, yoxsa onu başqa biri əvəzləyəcək?

- Əslində, Suriyanın keçid hökumətinin yol xəritələrini müəyyən etməsi və seçki keçirmək hədəfləri qoyması çox əhəmiyyətlidir. 

Bütün bunlar Suriyanın yenidən inşası üçün bir fürsətdir. Lakin dəyişikliklər çox sürətli şəkildə baş verməz. Açığı, hərbidən gələn şəxsin uzun müddət hakimiyyətdə qalması da uğurlu alınmaya bilər. Əhməd əş-Şaranın hakimiyyətdəki gələcəyini isə qarşıdakı 3 illik müddət müəyyən edəcək. O, bu müddət ərzində xalqla əlaqalərini inkişaf etdirsə, Suriya prezidentliyinə namizəd ola bilər.

Ancaq təbii ki, bunu ogünkü şərtlər müəyyən edəcək. Düzdür, Əhməd əş-Şara Suriyanın idarəçilyinə  davam etmək istəsə, onun tənqidçiləri də olacaq. Ona görə də bu müddət ərzində potensial tənqidlərin önünə keçə biləcək addımlar atmalıdır. 

- Fransa Prezidenti Emmanuel Makron isə PKK terror qruplaşmasının Suriyadakı qolu olan YPG-yə dəstək verəcəklərini açıqladı. Türkiyənin terroru bitirməyə çalışdığı vaxtda, İmralıya heyətin göndərildiyi, PKK lideri Abdullah Öcalanla danışıqların aparıldığı bir zamanda Makron nə üçün belə addım atır? Fransa Prezidenti nə etməyə çalışır?

- Əslində, Emmanuel Makron Fransa Prezidenti olduğu vaxtdan etibarən bir çox məsələdə Türkiyə ilə qarşı-qarşıya gəlib. Həmçinin, bəzi məsələlərdə də rəsmi Ankaranın atdığı addımlardan narahat olub. Ancaq onun bütün həmlələri fiaskoya uğrayıb. Afrikada, Qarabağda, Suriyada bunun nümunəsini gördük. Təəssüf ki, Fransa hakimiyyəti axıntıya qarşı kürək çəkməyə çalışır. 

Rəsmi Paris bölgə xalqının xeyrinə olmayan, sadəcə özünün mənfəətinə olan addımlar atmaq istəyir. Bunda isə uğurlu ola bilmir. Çünki bölgənin reallıqları ilə Fransanın tələbləri uyğun gəlmir. Paris hakimiyyəti heç bir bölgə xalqlarını düşünümür və təktərəfli siyasət yürüdür. Fikrimcə, Makronun Suriyadakı YPG ilə bağlı siyasəti də digər həmlələri kimi uğursuz olacaq.

- Yaxın gələcəkdə Suriyanın PYD/YPG terrorçularından tamamilə təmizlənəcəyini düşünürsünüz?

- Hesab edirəm ki, tezliklə Suriya terrorçulardan tamamilə təmizlənəcək. Biz Suriya xalqının istədiyi nəticələri əvvəl-axır alacağını düşünürdük. Lakin son yaşananlar gözlədiyimizdən də sürətli oldu. Suriyadakı proseslər xalqın tələbləri və yeni hakimiyyətin atacağı addımlardan asılı olacaq. Kənar qüvvələrin nə istəməsindən asılı olmayaraq, suriyalılar talelərini özləri müəyyən edəcəklər.

Ümumiyyətlə, suriyalıların istəmədiyi nəyisə kənar güclər uzun müddət davam etdirə bilməzlər. Məsələn, bu gün PYD/YPG terror qruplaşmalarının Suriyadakı mövcudluğu istənilmir. Suriyalılar övlalarının təhsil almasını, rahat ticarət etmək və müstəqil yaşamaq istəyirlər. Terror qruplaşması bunların hamısını məhdudlaşdırır. Əhməd əş-Şaranın da terrorçularla bağlı mövqeyi çox açıqdır. 

Türkiyənin də tələbləri məlumdur. Bütün bunların fonunda terrorçuların uzun müddət Suriyada qalması mümkün deyil. Əlbəttə ki, onlara dəstək verən ölkələr də reallıqları görürlər. Lakin onlar terrorçuları sadəcə maşa kimi istifadə edirlər. Türkiyə Suriyadakı prosesləri ilmək-ilmək işlədi və nəticə ortadadır. 

Suriyadakı terroçulara qarşı mübarizəmiz isə bundan sonra aha da artacaq. Bütün bunların fonunda terrorçular daha çox dayana bilməzlər. Yəni PYD/YPG-nin Suriyadakı mövcudluğu tezliklə sona çatacaq.

- Son günlər İranda Azərbaycan və Türkiyəyə qarşı bəzi açıqlamalar verilir. Ümumiyyətlə, İran nə üçün qonşularına qarşı nifrət siyasəti aparır? 

- İran uzun illərdir ki, daha çox güc və nüfuz əldə etmək üçün belə siyasət aparır. Lakin hazırda bunun qarşılığının necə olduğunu görməyə başlayıblar. Təəssüf ki, sülhə deyil, gərginliyə çalışırlar. Bu isə qarşılıq görmür. Tehran hakimiyyəti İraq, Suriya, Liviya və Yəmən üzərində təsir gücü formalaşdırmağa çalışsa da, nəticə əldə edə bilmədi.

Onlar xalqların deyil, özlərini mənfəətini düşünür və təsir dairələrini genişləndirməyə çalışırlar. Ona görə də belə addımlar atırlar. Bu isə İranın qonşularına qarşı münasibəti müsbət heç nə vəd etmir. Çünki insanlar sülh, qarşılıqlı mənfəət və rifah istəyirlər. Ancaq İranın bu siyasəti uğursuzluğa düçar olur.

Tehran hakimiyyəti qonşularının da mənfəətlərini nəzərə almalıdır. Məsələn, İran Suriya və Qarabağda fərqli addımlar atmaq istədi, ancaq böyük müqavimətlə üzləşdi. İran hakimiyyəti bu siyasətini davam etdirəcəyi təqdirdə, yenə də bənzər nəticələrlə üzləşəcək.

Elmir Mustafa
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:306
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri