Icma.az
close
up
RU
Türkiyəli futbolçu 2 illiyə futboldan kənarlaşdırıldı!

Türkiyəli futbolçu 2 illiyə futboldan kənarlaşdırıldı!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Şimali Makedoniya Futbol Federasiyası ötən həftəsonu baş tutan qalmaqallı ''Qostivar'' - ''Rabotniçki'' oyunu ilə bağlı yekun qərarını açıqlayıb.

Bu oyun avrokuboklara vəsiqə baxımından böyük önəm kəsb edirdi. ''Qostivar'' qalib gələcəyi təqdirdə 3-cü pillədəki ''Rabotniçki'' ilə xal fərqini 1-ə endirəcəkdi.
1998-ci ildə yaradılan və eyni adlı şəhəri təmsil edən ''Qostivar''da türkiyəli isimlər var. Klubun prezidenti türkiyəli iş adamı Enes Ustadı. ''Fənərbaxça'', ''Ankaragücü'', ''Çaykur Rizəspor''un sabiq futbolçusu Alpər Potuk da karyerasını burda davam etdirir.
''Rabotniçki'' ilə oyuna gəlincə, bütün əsas hadisələr ikinci hissədə yaşandı. Doğma fanatları önündə oynayan ''Qostivar'' 67-ci dəqiqədə hesabı açdıqdan bir müddət sonra azlıqda qaldı. ''Rabotniçki'' 79 və 84-cü dəqiqələrdə vurduğu qollarla 2:1 önə keçdi. ''Qostivar'' 2-ci qolu buraxdıqdan sonra hakim qərarlarına etiraz əlaməti olaraq oyunu davam etdirmək istəmədi. Maraqlıdı ki, komandanın meydandan çəkilməsində ən çox canfəşanlıq edən məhz türkiyəli futbolçu oldu. Alpərin göstərişi ilə komanda yoldaşları oyuna mərkəzdən baslamayaraq paltardəyişmə otağına yollandılar.
Federasiya bu olayla bağlı çox sərt cəzalar açıqlayıb. Öncə ''Qostivar''a 0:3 hesablı texniki məğlubiyyət verildiyini, 9 xalının silindiyini və komandaya 7500 avro pul cəzası verildiyini bildirək.
Bundan başqa bu kollektiv növbəti 10 ev oyununu azarkeşsiz keçirməli olacaq. Amma əsas cəza türkiyəli isimlərlə bağlıdı. Həm Alpər Potuk, həm də klub prezidenti Enes Usta 2 illiyə futboldan kənarlaşdırılıb! ''Qostivar''ın bu ağır cəzalara etiraz edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri