Səyyad Aran bu dəfə də tənqid etdi, həm də dəstək verdi
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hər üç namizəd - hazırda bu postda çalışan Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyeva kifayət qədər zəngin həyat yoluna malikdir.
“Amma Səbinə xanım Azərbaycanın ictimai-siyasi həyatında çox fəal görünən kadrlardan, dövlət məmurlarından biridir. Halbuki, çoxları var ki, onlar xalqın içində olmalıdırlar, dərdinə yanmalıdırlar və sair və ilaxır. Amma Səbinə xanım onlardan daha çox görünür. Mən dəfələrlə eşitmişəm, Səbinə xanımın yanına gedən şikayətçi əliboş qayıtmayıb. Vəssalam-nöqtə və bəlkə də nida işarəsi. Bu elə ən əsas məsələdir də, sən məmurun yanına gedəsən, nazirin yanına gedəsən, ordan əliboş qayıdasan, bu biabırçılıqdır. Lakin Səbinə xanımın yanıdan boş qayıtmırlar. O mütləq yardım eləyir, istiqamət verir və el arasında belə bir söz gəzir: “sən olasan, şikayətimə baxmayasan, gedəcəm ombudsmanın yanına, şikayət edəcəm”, - S.Aran söyləyib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 Oktyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















