Icma.az
close
up
RU
Türkiyəli ulduzun qolu Benfika ya kifayət etmədi

Türkiyəli ulduzun qolu Benfika ya kifayət etmədi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya çempionatında gərgin çempionluq mübarizəsi davam edir.

''Football-plus.az'' xəbər verir ki, 33-cü turda böyük maraqla gözlənilən Lissabon derbisi baş tutdu. Tura eyni xalla daxil olan iki komanda - ''Benfika'' ilə ''Sportinq'' üz-üzə gəldi.
''Benfika'' doğma meydanda oynadığından favorit hesab olunurdu. Türkiyə yığmasının iki üzvü - Orkun Kökçü və Kərəm Aktürkoğlunun şərəfini qoruduğu ''qartallar'' qalib gələcəyi təqdirdə son tura lider kimi daxil olacaqdı. Amma Bruno Lajenin komandası ümidləri doğrultmadı.
Oyun qonaqların qolu ilə start götürdü. 4-cü dəqiqədə Trinkao hesabı açdı. ''Benfika'' bu nəticə ilə barışmaq istəməyərək hücumlarını davam etdirdi. Amma bu komandanın gücü yalnız məğlubiyyətdən qurtulmağa yetdi. 63-cü dəqiqədə Kərəm Aktürkoğlu səhnəyə çıxdı. Türkiyəli ulduz yekun nəticəni müəyyənləşdirdi. 1:1 hesabı daha çox ''Sportinq''i sevindirdi. Çünki ilk dövrədə öz meydanında minimal hesabla qalib gələn bu komanda şəxsi oyunlarda üstündü.
İndi ''Sportinq'' son turda evdə ''Gimaraynş''ı məğlub edəcəyi təqdirdə ardıcıl 2-ci, tarixində isə 21-ci çempionluğunu qazanacaq. ''Benfika'' yalnız səfərdə ''Braqa''nı yenməli və ''Gimaraynş''ın möcüzə edəcəyinə ümid bəsləməlidi.
Qeyd edək ki, Lissabon nəhəngləri mayın 25-də ölkə kubokunun finalında da üz-üzə gələcək. Titul qazanıb-qazanmamağından asılı olmayaraq Portuqaliyadakı ilk mövsümü Kərəmin aktivinə yazmaq olar.
Ötən yay ''Qalatasaray''dan 12 milyon avroya transfer olunan və qısa müddətdə ''Benfika''nın liderlərindən birinə çevrilən 26 yaşlı vinger bu mövsüm 47 rəsmi qarşılaşmada 15 qol, 12 məhsuldar ötürməlik əla performans sərgiləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri