Icma.az
close
up
RU
Benfika daha bir türkiyəli ulduzu Qalatasaray dan oğurlamağa çalışır

Benfika daha bir türkiyəli ulduzu Qalatasaray dan oğurlamağa çalışır

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kərəm Aktürkoğlunun ayrılmasından sonra ''Qalatasaray''ın önəmli silahlarından və liderlərindən birinə çevrilən Yunus Akgünün adı ətrafında şayiələr dolaşmaqda davam edir.

''Football-plus.az'' xəbər verir ki, karyerasının ən yaxşı mövsümünü keçirən 25 yaşlı vinger hələ də İstanbul nəhəngi ilə yeni müqavilə imzalayıb. Baxmayaraq ki, rəhbərlik onunla az qala mövsümün əvvəlindən danışıqlar aparır.
Tərəflər bir ara ümumiyyətlə, anlaşmaqdan çox uzaq idilər. Son xəbərlərdə isə artıq anlaşmanın əldə olunduğu qeyd edilirdi. Sadəcə Yunusun menecerinin tələb etdiyi komissiya haqqı ''Qalatasaray'' rəhbərliyini qane etmir. Onlar məbləğin aşağı endirilməsini istəyirlər. İndi də anlaşmanın rəsmiləşməsinə mane olan məqam məhz budu.
Yunusun ''sarı-qırmızılar''la müqavilə müddəti 2026-ya qədərdi. Bu futbolçunun müqaviləsində 11 milyon avroluq sərbəst qalma maddəsinin olması Avropa klublarının ona marağını artırır. Bu arada uzun müddətdi Yunusu diqqət mərkəzində saxlayan ''Benfika''nın artıq bu futbolçunu transfer etmək üçün ciddi addımlar atmağa başladığı iddia edilib.
Türkiyə mətbuatının yazdığına inansaq, Lissabon nəhəngi 11 milyon avroluq təzminat maddəsini ödəməyə razıdı. Xatırladaq ki, Türkiyə yığmasının iki üzvü '-Kərəm Aktürkoğlu ilə Orkun Kökçü məhz ''Benfika''da çıxış edir. ''Cim-Bom'' təbii ki, əsas oyunçularından birini bu məbləğə satmaq istəmir.
Rəhbərliyin fikrincə, Yunusun dəyəri ən azı 20-25 milyon avrodu. Maraqlıdı ki, Türkiyə yığmasının üzvünün illik maaşı hələ də 300 min avrodu. ''Qalatasaray'' ona 2 milyon avro maaş olmaqla 4 illik müqavilə təklif edib. Rəhbərlik eyni zamanda sərbəst qalma maddəsinin götürülməsini, ya da 25 milyon avroya yüksəldilməsini istəyir.
Görünən odu ki, Yunus bu yay adı transferdə ən çox hallanan türkiyəli futbolçulardan biri olacaq. Akgün bu mövsüm iştirak etdiyi 38 rəsmi oyunda 12 qol, 8 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri