Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Türkiyəni hədəf almaq İran üçün strateji kabusa çevrilə bilər ŞƏRH

Türkiyəni hədəf almaq İran üçün strateji kabusa çevrilə bilər ŞƏRH

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ötən gün İrandan Türkiyənin hava məkanına doğru irəliləyən ballistik raket aşkarlanıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, aşkarlanan ballistik raketlər, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Hadisə ilə əlaqədar ilk olaraq, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı H.Fidan İranı münaqişəni gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.

Daha sonra Türkiyə Prezidenti məsələyə münasibət bildirərək,oxşar hadisələrin təkrarlanmaması üçün İrana xəbərdarlıq edildiyini açıqlayıb.

Prezident vurğulayıb ki, sərhədlərin və hava məkanının təhlükəsizliyi heç vaxt şansa buraxılmır. Bu səhər baş verən hadisədə olduğu kimi, NATO müttəfiqləri ilə birlikdə dərhal müdaxilə və lazım olan tədbirlər həyata keçirilir. Oxşar hadisələrin bir daha baş verməməsi üçün xəbərdarlıqlar açıq və qəti şəkildə çatdırılıb. Ərdoğan əlavə edib ki, ölkənin və xalqın təhlükəsizliyini təmin etmək üçün iradə və imkanlar maksimum səviyyədədir və son 23 ildə bu qətiyyətdən geri çəkilməyiblər.

Baş verənlərlə bağlı Modern.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar bildirib ki, İran üçün Türkiyə ərəblər kimi cəbhə ölkəsi deyil:

"Əgər İran ABŞ-nin Türkiyədəki varlığına hücum edərsə, bu, Türkiyəni münaqişəyə cəlb edəcək və üstəlik, münaqişəni genişləndirəcək. Türkiyə NATO üzvüdür, həmçinin onun İranla birbaşa quru sərhədi və əlaqələri mövcuddur. Eyni zamanda Türkiyə həm Rusiya, həm də Çin ilə əlaqə saxlayır və əlaqələrini inkişaf etdirib, eyni zamanda Ərəb dünyası ilə çoxşaxəli və inkişaf etmiş münasibət dinamikasına malikdir. Bütün bu xüsusiyyətləri ilə Türkiyə regional və qlobal tarazlıq və vasitəçilik qurmaq üçün ən yüksək potensiala malik aktordur.
Bu səbəblərə görə, İran üçün Türkiyəyə hücum etmək, NATO-nun avtomatik olaraq aktivləşdirilməsi,Qara dəniz-Qafqaz-Orta Asiya xəttinin açılması riskini daşıyır. Bütün bu səbəblərə görə bu cür nöqtələrə hücum edilmir. Bundan əlavə, bu potensial hücumlar sistemi çökdürə bilməz əksinə, onun sərtləşməsinə səbəb olacaq”.

Ekspert vurğulayıb ki, İran Türkiyəni vurduğu halda Ankaranı ABŞ-İsrail oxuna doğru itələyəcəyini bilir:

“Türkiyə ilə İran arasındakı münasibətlər tarixən İranla ərəb dünyası arasındakı münasibətlərdən çox fərqlidir.  1639-cu ildə imzalanan Qəsr-i Şirin müqaviləsindən bəri sərhəd dəyişməyib, birbaşa müharibə yoxdur. Lakin rəqabət, sürtünmə və gərginlik var, amma bu, sistemi pozan deyil. İran bilir ki, Türkiyəni hədəf almaq Ankaranı ABŞ-İsrail oxuna doğru itələyəcək. Bu, İranın strateji kabusu olardı. Türkiyə ilə İran arasındakı səssiz gərginlik həddi pozulardı və strateji təsir gərginliyi artmağa başlayardı.

Eyni zamanda İran ərəb ölkələrinə hücum etdikdə, şiə icmaları vasitəsilə təzyiq və manipulyasiya yaratmaq üçün bir məkan açır. Bu, Körfəz monarxiyalarının daxili sabitliyini pozmaq qabiliyyətinə malikdir. Türkiyədə, İranın bəzi media və nüfuz etdiyi digər sahələr vasitəsilə taktiki potensialı olsa belə, məkan-kütlə və konseptual məzhəb təsirləri ərəb dünyasındakı kimi işləmir. Türk cəmiyyəti daha homogendir və dövlətin refleksləri daha sərtdir. Başqa sözlə, İranın Türkiyədəki məzhəb-sosioloji hesablamaları işləməyəcək; əksinə, əks müqavimət yaradacaq.

Digər tərəfdən, əhali faktorunu qiymətləndirməmək olmaz. Türkiyəyə qarşı açıq hərbi əməliyyatlar, daxili millətçi reaksiyalara səbəb olar, rejimdə daxili çatları dərinləşdirər, eyni zamanda Türkiyəni rejimdən sonrakı ssenarilərdə təbii oyunçuya çevirər. Türkiyəyə xarici hücum sürətli daxili konsolidasiyaya səbəb olardı. Ərəb monarxiyalarında reaksiya daha parçalanmış olur. Tehran bunu bilir və bu fərq İranın strateji hesablamalarında həlledicidir”.

A.Ağar Türkiyənin coğrafi mövqeyinin İranın sığortası olduğunu söyləyib:

“Yəni, Türkiyə İran üçün yalnız "tarazlıq nöqtəsi" deyil, həm də, enerji təchizatçısı, Qərbə ticarət arteriyası, enerji və maliyyə keçid xətti, sanksiyaların dolayı yolla yayınması üçün sahə, mümkün təcrid ssenarisində xilasetmə xəttidir. Əgər İran Türkiyə ilə böhran yaşasa, onun enerji ixracı,Şimal dəhlizi, alternativ maliyyə axınları azalacaq. Bu isə böyük iqtisadi və strateji risk yaradır. Gəlin burada başqa bir vacib fərq ortaya qoyaq. İranın əsas hədəfi Türkiyə deyil, Türkiyənin mövqeyini müəyyən etməkdir. Türkiyənin ABŞ ilə əlaqələrini artırması, NATO daxilində sərt mövqeyi, İsraillə yaxınlaşması və İran əleyhinə blokda açıq mövqe tutması İran üçün ölümcül bir təhlükə olardı. Buna görə də, İranın strategiyası Türkiyəni münaqişəyə cəlb etmədən Türkiyənin cəbhə xəttinə keçməsinin qarşısını almaq ola bilər. Bunu passiv strategiya ilə deyil, incə tənzimləmə tələb edən aktiv balanslaşdırma hərəkəti ilə izah etmək mümkündür”.

Sonda Abdullah Ağar qeyd edib ki, İranın Türkiyəni tamamilə düşmən etmək istəməməsinin ən vacib və dərin səbəblərindən biri də İran daxilindəki türk əhalisinin çox böyük komponent olmasıdır:

Təkcə 30-35 milyon Cənubi Azərbaycan türkündən söhbət getmir. Burada, 2-3 milyon Qaşqay türkü,1,5-2 milyon Xorasan türkü, 2,5-3 milyon Türkmənistan türkü, 50-100 min Xələc türkü, 300-400 min Şahsevən türkü, 200-300 min səhra türkündən söhbət gedir. Bunlar sistemin içindədir. Türkiyənin İrandan sonrakı ssenarilərdə rol oynamaq qabiliyyəti çox yüksəkdir. İstər Türkiyə əleyhinə, istərsə də Türkiyəyə rəğbət bəsləyən hər kəs potensial Türkiyə təşəbbüsünü pozmaq istəməz. Çünki İrandakı rejim daxilində parçalanma olarsa, Ankara kritik aktora çevrilə bilərdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Mart 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri